Mübariz İbrahimov/Mübariz
Görünüş
Mübariz İbrahimov Mübariz Müəllif: Maarif Köçkün |
Dözmədi dözülməz ağrıya, dərdə,
Keçilməz sədləri keçdi Mübariz.
Girdi düşmənlərin səngərlərinə,
Xoflu rəzilləri biçdi Mübariz.
Yenilməz surəti gözümüzdədi,
Adı dilimizdə sözümüzdədi.
Sönməz bir günəşdi, qəlbimizdədi,
Demərik dünyadan köçdü Mübariz.
Xar etdi düşmənin, alçatdı yadın,
Öyün belə oğul yetirən qadın.
Uçaltdı yurdunun, xalqının adın,
Vüsal şərbətini içdi Mübariz.
Köçkünün şeirində gəzir şöhrətin,
Elləri dolanır adın, qeyrətin.
Düşmənə göstərdi xalqın qüdrətin,
Şəhidlik yolunu seçdi Mübariz.