Məzmuna keç

MS-DOS/MS-DOS əməliyyat sisteminin strukturu və funksiyaları

Vikikitab, açıq dünya üçün açıq kitablar
MS-DOS

Sister Projects. Həmçinin baxın: Haqqında •

MS-DOS iyerarxik kataloq strukturuna əsaslanan, çevik fayl sisteminə və əlverişli əmrlərə malik olan əməliyyat sistemidir.

MS-DOS un əsas komponentləri aşağıdakılardır:

  • giriş-çıxış baza sistemi -BIOS (Basic Input/Output System);
  • başlanğıc yükləmə blokunda (Boot Record) yerləşən sistem yükləyici SB (System Bootstrap);
  • gizli IO. SYS faylında yerləşən BIOS-un genişlənmə modulu;
  • kəsilmələrin emalı modulundan təşkil edilmiş MSDOS.SYS gizli faylı;
  • əmrlər prosessorundan təşkil edilmiş command.com faylı;
  • MS-DOS-un xarici əmrlərini (genişlənməsi .com olan fayllar) yerinə yetirən utilitlər;
  • diskdə fayl şəklində yerləşən qurğuların drayverləri;
  • MS-DOS-un quraşdırılması parametrləri haqqında informasiyadan təşkil olunmuş config.sys konfiqurasiya faylı;
  • MS-DOS-un konfiqurasiyasını və quraşdırılması parametrlərinin yerinə yetirilməsi üçün autoexec.bat əmrlər faylı.

İndi isə bu komponentlərdən bəzilərinin əsas funksiyalarina baxaq.

giriş-çıxış baza sistemi(BIOS) kompüterin daimi yaddaş qurğusunda (DYQ) yerləşir və əsas vəzifəsi giriş-çıxışla bağlı olan ƏS-nin sadə və universal funksiyalarının yerinə yetirilməsindən ibarətdir. BIOS həmçinin kompüter qoşularkən yaddaş və qurğuların işini yoxlayan test proqramlarını DYQ-da saxlayır. Bunlardan başqa BIOS-da ƏS-nin yükləyicisini çağıran proqram mövcuddur. sistem yükləyici kiçik bir proqram olmaqla BIOS - un genişlənmə modulunu və kəsilmələrin emalı modulunu əməli yaddaşa yükləmək üçün nəzərdə tutulub. BIOS-un genişlənmə modulu (io.sys faylı) ƏS-nə çeviklik verməklə fərdi kompüterin aparat vasitələrinin idarə olunmasına imkan verir. Bu modul əlavə drayverlərin qoşulmasına imkan verir. Kəsilmələrin emalı modulunun (msdos.sys faylı) komponentləri fayl sisteminin, giriş-çıxış qurğularının (klaviatura, displey, printer və portlar) işini tə'min edən, proqramların sona çatması ilə əlaqədar məcburi kəsilmələrin və səhvlərin emalına xidmət edən proqramdır.əmrlər prosessoru (command.com - faylı) sistem diskdə ixtiyari yer tutan icra olunan adi proqramdır. Əmrlər prosessoru aşağıdakı funksiyaları yerinə yetirir:

  • klaviatura və ya əmrlər faylından götürülən əmrləri qəbul edir və araşdırır;
  • command.com faylının daxilində yerləşən MS-DOS un əmrlərini yerinə yetirilir;
  • com, exe tipli fayllarda saxlanılan MS-DOS un xarici əmrləri və tətbiqi proqramlar yüklənir və yerinə yetirilir.

Əmrlər prosessoru ƏYQ-yə yüklənəndə iki hissəyə parçalanır:

  • əməli yaddaşda daimi yerləşən rezident hissə;
  • ƏYQ və disk arasında verilənlərin ötürülməsi ilə dövri olaraq dəyişən rezidentsiz hissə.

Rezident hissə 22h . . . 24h nömrəli kəsilmələri standart emal edən altproqramları özündə saxlayır. Burada həmçinin ƏYQ-nin rezidentsiz hissəsini boşaldan proqram və kompüterin qoşulmasında avtomatik yüklənən autoexec.bat faylını emal edənaltproqram yerləşir.Utilitlər və ya MS-DOSЦun xarici əmrləri əməliyyat sistemi ilə birlikdə yaradılmış proqramlardır. Bu proqramlar müxtəlif xidməti əməliyyatları (disketi formatlaşdırmaq, disketi yoxlamaq və s.) yerinə yetirirlər. Qurğuların drayverləri MS-DOS əməliyyat sisteminin giriş-çıxış sistemini tamamlayan və yeni qurğulara xidməti təmin edən bir proqramdır. Drayverlər əməliyyat sisteminin yüklənməsi zamanı kompüterin yaddaşına yüklənir, adları isə config.sys konfiqurasiya faylındə göstərilir.