Maliyyə/Maliyyə siyasəti/Maliyyə siyasətinin əsas istiqamətləri

Vikikitab, açıq dünya üçün açıq kitablar
Maliyyə/Maliyyə siyasəti

Maliyyə siyasətinin əsas istiqamətləri aşağıdakılardır: fiskal siyasəti (büdcə-vergi) pul-kredit siyasəti, gömrük siyasəti, qiymət siyasəti, valyuta siyasəti, beynəlxalq maliyyə siyasəti.

Fiskal siyasət - hökümətin makroiqtisadi məqsədlərə nail olunması üçün dövləti vergilər və xərclər üzrə məqsədyönlü fəaliyyətidir. Fiskal siyasət maliyyə siyasətinin ən mühüm tərkib hissəsi və ya istiqamətlərindən biridir. Büdcə-vergi siyasəti büdcə gəlirlərinin və xərclərinin formalaşmasının kəmiyyət parametrlərinin və əsas vəzifələrinin müəyyənləşdi-rilməsi, dövlət borcunun idarə edilməsi üzrə dövlətin məqsədyönlü fəaliyyəti kimi iqtisadi siyasətin əsas alətlərindən biridir.

Emissiyanın idarə edilməsi vasitəsilə pul dövriyyəsinin sabitliyinin təmin edilməsini, inflyasiyanın və milli valyutanın kursunun tənzimlənməsini, bank fəaliyyətinin və digər maliyyə qurumlarının işinin təşkilini, maliyyə bazarının idarə edilməsini pul-kredit (monetar) siyasəti əhatə edir.

Ölkənin iqtisadi təhlükəsizliyinin və suverenliyinin qotunması məqsədilə gömrük sərhədlərinin müdafiəsi, qaçaqmalçılıq hallarının qarşısının alınması, idxal-ixrac əməliyyatlarının tənzimlənməsi, habelə büdcə gəlirlərinin formalaşdırılması prosesləri isə gömrük siyasəti ilə tənzimlənir.

Strateji məhsulların qiymətlərinin tənzimlənməsi məqsədilə həyata keçirilən tədbirlər sistemi qiymət siyasətilə həyata keçirilir.

Valyuta siyasəti - milli valyutanın digər valyutalara nisbətən məzənnəsinin qorunması, xarici dövlətlərlə aparılan valyuta əməliyyatlarının tənzimlənməsini əhatə edir. Dünya təsərrüfatı əlaqələri sistemində iqtisadiyyatın daxili və xarici tarazlığını təmin etmək, beynəlxalq ödənişləri müəyyən bir sistem daxilində yerinə yetirmək və tədiyyə balansını tənzimləmək məqsədilə hökümətin həyata keçirdiyi valyuta siyasəti valyuta-maliyyə və kredit münasibətlərinin idarə olunmasını əhatə edir.

Bazar iqtisadiyyatı və maliyyə siyasəti. Ölkənin sosial-iqtisadi inkisaf konsepsiyasına və ortamüddətli maliyyə proqramına uygun olaraq, iqtisadiyyatın inkisafını və nəzərdə tutulan maliyyə siyasətinin həyata keçirilməsini təmin etmək üçün asağıdakı tədbirlərin reallasdırılması nəzərdə tutulur.

Gəlirlər üzrə:

  • - Ümumi Daxili Məhsulda büdcə gəlirlərinin xüsusi çəkisinin artımına nail olmaq;
  • - qeyri-neft sektorunda iqtisadi inkisafa nail olmaqla, büdcə gəlirlərinin yıgım əmsalının artımını təmin etmək;
  • - yerli istehsalın inkisafını stimullasdırmaq məqsədilə idxal rüsumlarının dərəcələrinin optimallasdırılması istiqamətində isləri davam etdirmək;
  • - potensial gəlirlərin (ilk növbədə vasitəli vergilərin) büdcəyə daxilolma əmsalının əhəmiyyətli dərəcədə yüksəldilməsini təmin etmək;
  • - vergi borclarının azaldılması istiqamətində isləri davam etdirmək;
  • -vergitutma bazasının genisləndirilməsi, vergidən yayınma hallarının qarsısının alınması və vergi nəzarətinin gücləndirilməsi məqsədilə vergi qanunvericiliyini təkmilləsdirmək;
  • - dövlət mülkiyyətinin özəlləsdirilməsinin sürətləndirilməsi hesabına özəlləsdirmədən daxilolmaların artımına nail olmaq;
  • - təyinatı üzrə əlavə dəyər vergisindən azadolmaların qanunla müəyyən edilməsinə nail olmaq;
  • - sadələsmis vergiyə cəlb olunan xidmət (is) sahələrini genisləndirmək;
  • - minik avtomobillərinə, istirahət və idman üçün nəzərdə tutulan üzən vasitələrə aksiz vergisini tətbiq etmək;
  • - aksizli mallar istehsal edən müəssisələrdə aksiz postlarının fəaliyyətini gücləndirmək;
  • - vergitutma bazasının genisləndirilməsi və vergidən yayınma hallarının qarsısının alınması məqsədilə bəzi fəaliyyət növlərinə yalnız sadələsdirilmis vergini tətbiq etmək;
  • - vergi ödəyicilərinin vergi yükünü azaltmaq və vergiqoyma məsələləri üzrə normativ hüquqi sənədləri sadələsdirilmək.

Xərclər üzrə:

  • - perspektiv proqnozlasmanı genisləndirməklə, büdcə xərclərinin proqramlar əsasında tərtibin. mərhələlərlə nail olmaq;
  • - adambasına maliyyələsdirilmə prinsipi əsasında proqnozlasdırmaya baslamaq;
  • - xərclərin investisiya və sosial yönümlüyünə üstünlük vermək;
  • - “Azərbaycan Respublikası regionlarının sosial iqtisadi inkisafı Dövlət Proqramında (2004-2008-ci illər)” və ölkə iqtisadiyyatının, ayrı-ayrı dövlət orqanlarının fəaliyyətini stimullasdıran, sahibkarlıgın inkisafını təmin edən və digər dövlət proqramlarında dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulmus tədbirlərin maliyyələsdirilməsini təmin etmək;
  • - qeyri-neft sektorunun inkisafını ön plana çəkməklə, bu sahələrə bütün mənbələr üzrə maliyyə təminatını artırmaq, əldə ediləcək real gəlirlər hesabına büdcə xərclərinin neftdən asılılıgının mərhələlrələ azaldılmasına nail olmaq;
  • - ölkənin müdafiə qüdrətinin gücləndirilməsini və təhlükəsizliyini təmin etmək məqsədilə bu sahənin maliyyələsdirilməsini təkmilləsdirmək;
  • - elmi potensialın inkisafını proqramlar əsasında həyata keçirmək, onun maliyyələsdirilməsi prinsiplərinin təkmilləsdirilməsi istiqamətində isləri gücləndirmək;
  • - aqrar sektorun inkisaf etdirilməsini, rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalını, istehsalçıların ixrac yönümlü fəaliyyətinin stimullasdırılmasını, emal və yeyinti sənayesinin xammala, əhalinin isə .rzaq məhsullarına olan tələbatının yerli məhsullar hesabına ödənilməsini təmin etmək üçün büdcə vasitəsilə bu sektora dövlət yardımını artırmaq;
  • - sosial siyasətin ardıcıl həyata keçirilməsi üçün mərhələlərlə yoxsullugun aradan qaldırılmasına, aztəminatlı əhali, usaqlar və əlillər üçün ünvanlı sosial müavinətlərin, pensiyaların artırılmasına üstünlük vermək;
  • - büdcədən maliyyələsən təskilatlarda çalısan isçilərin əmək haqlarının mərhələlərlə artırılması, əməyin ödənisi sisteminin təkmilləsdirilməsi, əhalinin real xərclərinin istehlak səbətinin tələblərinə uygunlasdırılması istiqamətində isləri davam etdirmək;
  • - əhalinin sosial rifahı ilə baglı olan təhsil, səhiyyə, turizm, idman, mədəniyyət, sosial sıgorta və sosial yardım sistemi sahələrində islahatları davam etdirmək, onların inkisaf istiqamətlərini stimullasdırmaq;
  • - dövlət idarəetmə sistemində struktur islahatlarını davam etdirməklə idarəetməni daha da təkmilləsdirmək, dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək, inzibati (cari) xərclərin azaldılmasına yönəldilmis tədbirləri həyata keçirmək;
  • - dövlət maraqları məqsədilə həyata keçirilən satınalmalara nəzarəti təmin etmək üçün normativ bazanın təkmilləsdirilməsi istiqamətində isləri davam etdirmək;
  • - dövlət əsaslı vəsait qoyulusunun strukturunu daim təkmilləsdirməklə bu məqsədlər üçün ölkənin daxili maliyyə ehtiyatlarının daha çox cəlb edilməsinə, regionların inkisafına, infrastruktur obyektlərin tikintisinə və bərpasına üstünlük vermək, vəsaitdən səmərəli istifadə üçün tədbirlər görmək;
  • - ayrı-ayrı kommunal xidmətləri üzrə tətbiq olunan tariflərin təkmilləsdirilməsi üçün məqsədyönlü isləri davam etdirmək;
  • - dövlət borclarının idarəetmə mexanizmini təkmilləsdirmək, dövlət zəmanəti ilə kredit alan təskilatların maliyyə fəaliyyəti üzərində ciddi nəzarət mexanizmini təskil edərək, kreditlərə xidmət xərclərinin həmin təskilatların vəsaitləri hesabına həyata keçirilməsinə nail olmaq;
  • - dövlət vəsaitindən səmərəli istifadəni, büdcə xərclərinin strukturunun təkmilləsdirilməsi və səffaflıgının artırılmasını təmin edən qanunvericilik bazasının formalasdırılması və təkmilləsdirilməsi istiqamətində isləri davam etdirmək;
  • - dövlət vəsaitinin təyinatı üzrə xərclənməsi üzərində maliyyə nəzarətinin daha da yaxsılasdırılması üçün tədbirlərin görülməsini davam etdirmək, xəzinə nəzarətini gücləndirmək, büdcə təskilatlarında borclanma prosesini çevik idarə etmək.

Büdcə kəsiri üzrə:

  • - dövlət büdcəsi kəsirinin strukturunun təkmilləsdirilməsi isini davam etdirmək;
  • - büdcə kəsirini inflyasiya yaratmayan mənbələr hesabına maliyyələsdirmək;
  • - dövlət qısa, orta və uzunmüddətli istiqrazlarının buraxılması ilə qiymətli kagızlar bazarını daha da inkisaf etdirmək, dövriyyədə olan artıq pul kütləsinin daha səmərəli sərtlərlə cəlb edilməsi məqsədi ilə investor səbəkəsini genisləndirmək, bu kagızlara olan tələbatı artırmaqla, normal rəqabət prinsipləri əsasında faiz dərəcələrinin tənzimlənməsinə nail olmaq.