Maliyyə/Maliyyə siyasəti/Maliyyə siyasətinin məqsəd və vəzifələri
Görünüş
Maliyyə/Maliyyə siyasəti |
Maliyyə siyasətinin məqsədi dövlətin mövcud sosial münasibətlər sisteminin möhkəm-ləndirilməsi və cəmiyyətin inkişafı üçün zəruri olan maliyyə ehtiyatlarının tam səfərbərliyə alınmasıdır (maliyyə vəsaiti ilə təmin edilməsidir).
Maliyyə siyasətinin əsas vəzifələri dövlət gəlirlərinin artırılması, büdcə tarazlığının və iqtisadi sabitliyin təmin edilməsidir. Bu vəzifələrin yerinə yetirilməsi zamanı aşağıdakılar nəzərə alınmalıdır:
- - Maliyyə siyasətinin təşkili zamanı müəyyən məkan və zaman daxilində hər bir ölkənin spesifik xüsusiyyətləri nəzərə alınmalıdır.
- - Maliyyə ehtiyatlarının səmərəli istifadə istiqamətləri müəyyən edilməlidir.
- - Maliyyə münasibətlərinin təşkilinin metod və üsulları müəyyənləşdirilməlidir. Bu vəzifəyə vergilərin və digər maliyyə tənzimləyicilərinin təşkilin qaydaları, dövlət maliyyə orqanlarının işinin təşkili metodları və s. aiddir.