Maliyyə/Maliyyə siyasəti/Maliyyə siyasətinin təşkili prinsipləri
Görünüş
←../ | Maliyyə/Maliyyə siyasəti |
../→ |
Maliyyə siyasəti formalaşdırılarkən ölkədə idarəetmənin əsas təşkili xüsusiyyələri müəyyən edilməlidir. Bunlara aşağıdakıları aid etmək olar:
- 1. Sərbəstlik prinsipi (hər hansı bir müstəqil dövlət öz maliyyə siyasətini özü, heç bir kənar təsir olmadan, öz daxili iqtisadi xüsusiyyətlərini nəzərə alaraq formalaşdırır)
- 2. Dövlətin iqtisadiyyata ehtiyatlı müdaxiləsi. (dövlət bütün iqtisadi fəaliyyəti öz əlində cəmləşdirmir, köklü maliyyə məsələlərini bazar iqtisadiyyatının tələblərini nəzərə almaqla idarə edir, özəl bölmənin fəaliyyət müstəqilliyi toxunulmaz qalır)
- 3. Maliyyə siyasətinin həyata keçirilməsində və idarə edilməsində demokratik prinsiplərə əməl edilməlidir.
- 4. Ümumdövlət maliyyə fondlarından istifadə edərkən həm dövlətin, həm də ayrı-ayrı iqtisadi regionların sosial-iqtisadi inkişaf mənafeyi nəzərə alınmalıdır.
- 5. Dövlət maliyyəsi illə təsərrüfat subyektlərinin maliyyəsinin qarşılıqlı əlaqəsi təmin edilməlidir.
- 6. Maliyyə sisteminin bütün həlqələrinin, xüsusilə büdcənin gəlir və xərclərinin tarazlaşdırılması təmin etməlidir.
- 7. Ölkənin maliyyə resursları üzərində dövlət nəzarəti təmin edilməlidir.
- 8. Fövqəladə xərclərin ödənilməsi üçün dövlətin maliyyə ehtiyatları yaradılmalıdır.
- 9. Ümumdövlət vəzifələrinin vaxtında maliyyələşdirilməsi məqsədilə dövlətin sərəncamında zərurui miqdarda maliyyə resursları cəmlənməlidir.