Məzmuna keç

Marketinq/Aqromarketinqin xüsusiyyətləri

Vikikitab, açıq dünya üçün açıq kitablar
Aqromarketinq Marketinq

Aqromarketinqin təşkili

Aqromarketinq digər sahələrdə tətbiq olunan marketinqdən (sənaye, məişət və s.) bəzi xüsusiyyətlərinə görə fərqləndiyindən daha mürəkkəb və çoxcəhətlidir. Bu k/t-ı ilə bağlı olan marketinqin fərqli xüsusiyyətləri.

Nəticələrin təbii-iqlim və bioloji şəraitindən ciddi surətdə asılığı.

K/t-ı məhsullarının əsasən gündəlik istehlak məhsulları olması.

K/t-ı məhsullarının istehsal dövrünün, iş və istehlak dövründən fərqli olması.

Məhsul istehsalının mövsümü xarakter daşıması.

Aqromarketinq sisteminin özünüidarə və özünüuyğunlaşdırma prinsiplərinə digər marketinq sistemlərinə nisbətən daha həssas olması yəni istehlakçıların tələbatı, istəyi, maraqları çox hallarda təsadüfi və qarmaqarışıq xarakter daşıdığına görə fərqlənir.