Məzmuna keç

Mars planeti/Mars planetində aparılmış yeni tədqiqatlar

Vikikitab, açıq dünya üçün açıq kitablar
../ Mars planeti

../

Son zamanlar sürətli elmi tərəqqi və müasir texnologiyanın inkişafı Yer kürəsindən kənarda yerləşən göy cismlərinin öyrənilməsinə güclü təkan verdi. Həmçinin Günəşdən 228 mln. km məsafədə yerləşən Mars planetinin öyrənilməsi yeni texnika və texnologiyanın köməyi ilə mümkün olmuşdur. Bu gün bir çox göy cismləri kimi diqqət mərkəzində olan Marsın səthində aparılan tədqiqatlar yeni fikirlərin formalaşmasına şərait yaratmışdır.

Ümumiyyətlə planetlərin fəzada mövqeyi haqqında ilk fikirləri qədim Yunan astronomu Klavidiy Ptolomey söyləmişdir. O, geosentrik sistem yaratmış və XV əsrə qədər bir müddətdə bu nəzəriyyə höküm sürmüşdür. O zaman belə güman edilirdi ki, Yer kainatın mərkəzində, Günəş və başqa fəza cismləri onun ətrafında fırlanır. Lakin 1543-cü ildə Polşa alimi Nikolay Kopernik Günəşin sistem və onun ətrafında planetlərin fırlanmasını sübut etməklə bu nəzəriyyələrə son qoydu.

Yunan dilindən tərcümədə azmış ulduz mənasını verən Planet – Günəş ətrafında dolanan və səthi əks olunmuş günəş şüaları ilə işıqlanan böyük göy cismi deməkdir. Nikolay Kopernikin yaratdiğı dünyanın heliosentirik sisteminə görə Günəş ətrafında planetlər cazibə qüvvəsinin təsiri ilə fırlanır, orbitləri eliptikdir, hərəkətləri Kepler qanunlarına tabedir.

Kepler qanunları-Planetlərin hərkətlərinə dair İohan Kepler tərəfindən tapılmış üç qanun:

  1. Hər planet fokuslarının birində Günəş yerləşən ellips boyunca hərəkət edir.
  2. Həyacanlanmamış hərəkətdə nöqtənin radius-vektoru ilə cızılan sahə zamanla mütənasib dəyişir.
  3. Planetlərin dolanma dövrünün kvadratı onların böyük yarımoxlarının nisbəti kimidir.

III qanun elliptik orbitlər üçündür. I və II qanunlar 1609-cu ildə, III qanun isə 1619-cu ildə kəşf edilmişdir. Kepler qanunlarının doğruluğun şübhə Keplerin özündə də vardı. Lakin sonralar onun qanunlarını təkmilləşdirən Ptolomey və Brahe həmçinin Nyutonun cazibə qanunun köməyi ilə qanunlardakı çatışmamazlıqları aradan götürdülər.

Daxili Günəş sistemində bu qanunlarla hərəkət edən Mars planetində hazırda tədqiqatlar davam etdirilir. Bu məsələdə NASA sözsüz aktiv fəaliyyət göstərir. Marsın Günəş sisteminə nəzərən göstəriciləri aşağıdakı cədvəldə verilmişdir.

Günəş və Planetlər_____________________Günəş___________Yer__________Mars
  • Diametr, min km__________________________1390,6_________12,7__________6,8
  • Sıxlığı, q/sm3____________________________1,40___________5,52_________3,94
  • Kütləsi, 1023 kq__________________________-______________59,450_______6,421
  • Hərəkət sürəti, km/san___________________-______________29,765________24,130
  • Öz oxu ətrafında fırlanma dövrü____________25 gün______23 saat 56 dəq.____24 saat 37 dəq.
  • Günəş ətrafında fırlanma dövrü, il_____________-______________1,00_________1,88
  • Günəşə qədər məsafə, mln. km______________-______________150__________228
  • Peyklərin sayı____________________________9______________1____________2

Günəş sistemində 4-cü planet olan Marsın amosferi çox seyrəkdir və onun təzyiqi yer atmosferi təzyiqindən 100 dəfə azdır. Planetdə illik temperatur -153ºC və +20ºC arasında dəyişir. Orta temperatur -50ºC təşkil edir. Atmosfer qatının qalınlığı təqribən 110 km-dir.

NASA (2004-cü il) məlumatlarına görə Mars planetində atmosferin tərkibi aşağıdakı cədvəldə təsvir edilmişdir.

  • Karbon qazı(CO2)____95,32 %
  • Azot(N2)___________2,7 %
  • Arqon(Ar)___________1,6 %
  • Oksigen(O2)________0,13 %
  • Carbon-oksid(CO)_____0,07 %
  • Su(H2O)____________0,03 %
  • Neon(Ne)____________0,00025 %
  • Kripton(Kr)__________0,00003 %
  • Ksenon(Xe)__________0,000008 %
  • Azon(O3)____________0,000003 %

Mars planetidə kraterlərlə örtülmüşdür. Marsda atmosferin varlığı onun səthindəki kraterlərin kəskin formalarını hamarlamışdır. Marsda olduqca nəhəng, ehtimal ki, çoxdan sönmüş bir neçə vulkan aşkar edilmişdir. Bunlardan ən böyüyünün hündürlüyü 27 km-dir və Olip Dağı adlandırılmışdır. Bu bütün Günəş sistemində ən yüksək məlum dağdır.

Marsın 2 peyki vardır: Fobos və Deymos. Onlar yer kürəsindən adi gözlə görünür. Parlaqlıqlarına görə yalnız Veneradan geri qalır. Marsın ekssentriteti çox böyük olub uzunsov orbitə malikdir. Marsa qırmızı-narıncı rəngdə görünməsinin səbəbi süxurlarında olan dəmir oksidi hidratlarına sahib Hematit meneralının zəngin olmasıdır. Hematit – dəmiri-boz, qırmızı rəngli, sıxlığı 5-5,3 q/sm3, sərtliyi 5,5-6, cizgisi albalı rəngli, metal parıltılı, sınma səthi qabıqvarı mineraldır. Sıx kütlə, torpaq və axın aqreqatları şəkilində tapılır. Hematit metamorfik və pneumatogen yollarla əmələ gəlir. Metamorfiik süxürlar yüksək təzyiq və temperaturda maqmatik və çökmə süxurların dəyişməsindən əmələ gəlir. Marsda belə süxurların formalaşması üçün əlverişli şərait olmuşdur. Hazırda Marsda yüzlərlə iri miqyaslı çoxdan sönmüş Vulkan kraterləri mövcuddur. Yer planeti kimi Marsda da litosfer plitələri hərəkət etmişdir. Bunu Mars planetinin maqnit sahəsi, yəni süxurların qütblənmə uyğunsuzluğu təsdiq edir.

Son zamanlar qeyri-rəsmi məlumatlara görə Mars planetində həyat izlərinin tapılması barədə fikirlər səslənir. Bu mülahizələr nəzəri olaraq mümkün ola bilər. Lakin qeyd etmək lazımdır ki, 0oC və -270oC temperetur intervalında laboratoriya şəraitində bəzi mikroorqanizimlərin (nematodlar) yaşaması mümkün olsa da, Marsda bu termobarik şərait yoxdur. Belə mikroorqanizimlər -270oC temperatura qədər tədricən dondurulur və müsbət temperaturlarda yenidən həyata qaytarılır. Lakin Mars planetində 24 saat ərzində iki dəfə temperatur -150oC-dən +20oC-ə qədər dəyişir. Belə termik şəraitdə bu tip mikroorqanizimlərin mövcud olması şübhə doğurur. Deyilənlərdən belə nəticəyə gəlmək olar ki, Mars planetində həyat izlərinin olmasının tam müəyyənləşdirilməsi unikal miqyasda tədqiqatlar aparmağı tələb edir.

İstifadə edilmiş ədəbiyyat

[redaktə]
  1. Geodinamika. Zahid Kərimov. Bakı-2007. Səh. 159.
  2. Ümumi və tarixi geologiya. Tofiq Məmmədov, Şəfiq Pənahi və b. Bakı-1981. Səh. 384.
  3. Ümumi geologiyanın qısa kursu. Şəfiq Pənahi. Bakı-1993. Səh. 304.
  4. Mikrobiologiya. Q.Şleqer (rus dilindən tərcumə edən Abuşov R.).Bakı-2005. Səh. 544.
  5. Mars planetində aparılmış yeni tədqiqatlar. Elvin Əhmədov, Ölkə Yenilikləri qəzeti, №03, 5-11 oktyabr 2012-ci il.
  6. NASA-nın rəsmi saytında yerləşdirilmiş məqalələr.