Meyvəçilik/Şaftalı

Vikikitab, açıq dünya üçün açıq kitablar
../ Meyvəçilik

../

Şaftalı (Persica) gülçiçəklilər fəsiləsinin bir cinsi. 5 növü məlumdur. Adi şaftalı (P. Vulgaris), Qansun şaftalısı (P. Kansuensis), Davud şaftalısı (P. dawidiana), Potanin şaftalısı (P. Potanini), qəribə şaftalısı (P. Mıra). Doğma yeri Mərkəzi və Şimali Çindir. Adi şaftalı ağacının hünd. 8 m-dək olur. Yarpaqları növbəli düzülür, çıçəkləri ikicinsiyyətli, meyvəsi çəyirdəkdir. Çəkisi 20-600 q olur. Adi şaftalı dağlıq rayonlarda becərilir. Meyvəsində 80-90% su, 6-14% şəkər, 0,5-1,2% pektin maddəsi, 0,08-1,02% üzvi turşu (əsasən, alma turşusu), 9,4-20 mq % C vitamini, 0,6-1 mq % karotin var. Azərbaycanda bir neçə sortu yetişdirilir. Bəzi fikirlərə görə dünyanın ən dadlı şaftalıları Azərbaycanda, Xaçmaz rayonunun Nərəcan kəndində yetişdirılir.

Şaftalı şirəsi[redaktə]

Şaftalı şirəsini ürək ritminin pozulması, qanazlığı, azalmış turşuluq dərəcəsi ilə qarın xəstəlikləri zamanı qəbul olunur. Şaftalı şırəsi şlakların orqanizmdən kənarlaşdırılmasına kömək edir. Dərini qidalandırır və onun hüceyrələrinin yeniləşməsinə kömək edir. Oyadıcı xüsusiyyətə malikdir.