Məzmuna keç

Meyvəçilik/Alma

Vikikitab, açıq dünya üçün açıq kitablar
../ Meyvəçilik

../
Sister Projects. Həmçinin baxın: Haqqında •

Alma qızılgülçiçəklilər fəsiləsindən olan və meyvəçilikdə əsas yer tutan meyvədir. Azərbaycanda almanın üç yüzə qədər müxtəlif növü və çeşidi vardır. Bunlardan altmışı sənaye üçün əhəmiyyətlidir. Digər şirəli meyvələrdən almanın üstünlüyü odur ki, onu bütün il boyu saxlayıb istıfadə etmək mümkündür. Almanın yetişmə fəsli aşağıdakı kimidir: yay (iyul, avqust), payız (sentyabr, oktyabr), qış (noyabrdan fevral ayına qədər). Eyni sort alma iqlim şəraitindən asılı olaraq yetişmə dövrünü dəyişə bilər. Almanın növündən və sortundan asılı olaraq rəngi, dadı və ətri müxtəlif olur.

Almanın tərkibində 5-24 %-ə qədər şəkər, 1,3 %-ə yaxın üzvü turşular (alma, limon, kəhraba), pektin və aşı maddələri, B və C vitaminləri, karotin, mineral maddələrdən isə kalium, natrium və dəmir duzları vardır. Almada olan dəmir duzu böyük müalicəvi əhəmiyyətə malikdir. Almanın tərkibində olan şəkərin əsas hissəsini qlükoza və fruktoza təşkil edir ki, onlar da ürək damar sistemi üçün çox faydalıdır.

Almadan təbii halda istifadə etməklə yanaşı, bir sıra qiymətli konservləşdirilmiş məhsullar - kompot, mürəbbə, povidlo, şirə, püre və s. hazırlanır. Bu məhsulların çox böyük müalicəvi əhəmiyyəti vardır. Almanın və ondan hazırlanan müxtəlif konserv məhsullarının ürək zəıflıyınə, qanazlığına, xroniki mədə-bağırsaq xəstəliklərinə, eləcə də vitamin azlığına çox yaxşı müalicəvi təsiri olur.

Azərbaycanın Quba rayonu əsas almaçılıq rayonu sayılır. Burada müxtəlif növ almalar yetişdirlir. Burada son dövrlər Quba regional aqrar elm mərkəzi tərəfindən "Frazer" layihəsi çərçivəsində Fransadan introduksiya olunmuş müxtəlif alma, gilas və armud sortlarının virussuz tingliyi salınmışdır. Bu gün Qrani Smit(Granny Smith), Fuci(Fuji), Conocold, Ağ renet, Reyn reneti, Qolden Delişes (Golden Delicious) sortlarının tingləri əkilmiş 24 hektarlıq alma bağı göz oxşayır. Bununla yanaşı, daha 4,5 hektar sahədə fransız texnologiyası ilə salınmış pilot bağ becərilir.

Alma şirəsi

[redaktə]

Alma şirəsi demək olar ki, şirələrin bütün keyfiyyətinə malikdir. O aşağı kalorilidir, kifayət qədər dəmirə malikdir (bu isə o deməkdir ki, qanın az olması zamanı çox faydalıdır) və böyrək daşlarının təmizlənməsində çox möcüzəli təsirə malikdir. Alma şirəsi ağ cıyər problemləri olanlara, təkrarlanan bronxitlərə, həmçinin sıqaret həvəskarlarına çox faydalıdır. Gündə yarım stəkan alma şirəsi nəfəs orqanlarının funksiyasını yaxşılaşdırır.

Faydası

[redaktə]

Fin alimləri almanın müalicəvi dəyərlərini araşdırıblar. Onlar bu işlə nə az, nə çox, düz 25 il məşğul olublar. Sonda qərara gəliblər ki, bu meyvənin tərkibindəki flavanoidlər orqanizmdə azad radikalların yaranmasının qarşısını alır. Belə ki, hər gün alma yeyənlərdə ürək-damar xəstəliklərinin yaranması təhlükəsi 50% azalır. (Ürək-damar xəstəliklərinin dərmanı Anspress)