Microsoft Access/Obyektlər
Görünüş
Microsoft Access |
Access VB-nın obyektlər panelində cədvəllər, sorğular, formalar, hesabatlar, makroslar, səhifələr və modullar düymələri görsənir. Bu düymələr vasitəsilə istənilən obyektə keçmək olur:
- Cədvəllər (Tables) – VB-nın əsas obyektidir. Müxtəlif tipli verilənlərdən təşkil olunmuş sətr (yazı) və sütunlardan (sahə) ibarətdir. Bir VB-da çoxlu cədvəl yaradıla və saxlanıla bilər. Açar sahə vasitəsilə cədvəllər arasında əlaqə yaradılır.
- Sorğular (Queries) – dəyişənləri verilən şərt əsasında seçməyə və dəyişməyə imkan verir.
- Formalar (Forms) – informasiyaya baxmağa və redaktə etməyə imkan verir.
- Səhifələr (Page) – faylları HTML formatında olan Access dəyişənlərinə İnternet Exrlorer veb brauzerinin (veb səyyahının) köməyi ilə baxmağa imkan verir.
- Hesabatlar (Reports) - informasiyaları ümumiləşdirməyə və çap etməyə imkan verir.
- Makroslar (Macros) – əmrlər vasitəsilə bir neçə əməliyyatı avtomatik yerinə yetirməyə imkan verir.
- Modullar – iş prosesində bəzi əməliyyatları Access-in makrokomandaları vasitəsilə yerinə yetirmək mümkün olmur. Bu halda Visual Basic for Applications (VBA) dilində proseduralar təşkil etmək olar. Belə əməliyyatlar modullar şəklində təşkil olunur.
Access VB bir və ya bir neçə cədvəldə saxlanılır. Cədvəllərdə hər sətr bir yazı (запис), hər sütun isə sahə (поле) adlanır. Сədvəllərdə yazılan verilənlər сədvəllər haqqında informasiya ilə birgə VB faylında saxlanılır. Bu fayl .mdb genişləndiricisinə malikdir.