Məzmuna keç

Microsoft Access 2000/Makroslar

Vikikitab, açıq dünya üçün açıq kitablar
Hesabatlar Microsoft Access 2000

Web səhifələr


Makroslar (Macros) – Access makrokomandalarından ibarət bir neçə funksiyanı yerinə yetirən proqramdır. Məsələn, formanı açmaq, hesabatı çap etmək, sorğunu yerinə yetirmək, verilənləri import etmək və s.

Makrosları qurmaq üçün makrokomanda seçilir və ona uyğun parametrlər təyin edilir. Makrosu təşkil etdikdən sonra verilənlər bazası pəncərəsindən onu yerinə yetirmək olar. Makrosu həmçinin düymə ilə də əlaqələndirmək olar. Bu halda düyməni basan zaman makros yerinə yetirilir. Makrosu təşkil etmək üçün verilənlər bazası pəncərəsindən Makros →Yaratmaq (Макросы → Создать) rejimi seçilir. Makrosu yaratmaq üçün Konstruktor pəncərəsi açılır, düyməni basmaqda makrokomandaların siyahısından tələb olunan makrokomanda seçilir. Pəncərənin aşağı hissəsində seçilən makrokomandaya uyğun blank – Arqumentı makrokomandı (Action Arguments) qeyd olunur.

Makroslardan müəyyən prosesi avtomatlaşdırmaq üçün itifadə olunur. Formalar, cədvəllər və hesabatlar arasında müraciətlər makroslar vasitəsilə təmin edilmiş, makroslardan istifadə edən zaman Access-in müxtəlif əmirlərindən istifadə edilmişdir.