Microsoft Access 2000/Sahələrin sorğulara daxil edilməsi
Görünüş
←Sorğular | Microsoft Access 2000 |
Sorğuların tipləri→ |
Sorğuya bütün sahələrin daxil edilməsi vacib deyil. Sorğulara sahələr iki şəkildə daxil edilir: kursoru iki dəfə basmaqla və ya sahələr kursor vasitəsilə “tutulur” və sorğuya gətirilir.
Seçilmiş yazıları (Recordset) müəyyən sahəyə görə artma və ya azalma sırası ilə nizamlaya bilərik: A → Z; Z → A.
Sorğularda hesablamadan və yekundan (итог) istifadə etmək olar. Bu məqsədlə SQL-in statistik funksiyasından istifadə olunur. Statistik funksiya Total (групповая операция) əməliyyat sətrində verilir. Bu paneldə (siqma) işarəsi ilə göstərilib.