Microsoft Outlook Express/Çap
Görünüş
←../ | Microsoft Outlook Express |
../→ |
Məktublar Çap (Print) əmri ilə kağız üzərinə köçürülə bilər.
Çap edilməli məktubu seçin.
Menyunun Fayl (File) bəndinin Çap (Print) əmrini yerinə yetirin.
Açılan dialoq pəncərəsində, Çap edilməli (Print range) sahəsində Hamısı (All) seçin. Nüsxələrin miqdarı (Number of copies) sahəsində istədiyiniz miqdarı, məsələn, 2 yazın. Xassələr (Properties) düməsini basın, vərəqin ölçüsünü göstərin, məsələn A4. Təsdiq üçün OK düyməsini basın. Beləliklə seçdiyiniz məktub A4 formatlı vərəqdə 2 nüsxədə çap olunacaq.