Məzmuna keç

Microsoft Outlook Express/Əlavə edilmiş faylların qorunub saxlanması

Vikikitab, açıq dünya üçün açıq kitablar
../ Microsoft Outlook Express

../

Lazım gəldikdə əlavə edilmiş faylı qoruyub saxlamaq olar. Mausun oxunu istədiyiniz faylın üzərinə gətirin, sağ düyməni basın, açılan menyudan ... kimi yadda saxlamaq (Save As) əmrini seçin.

Əlavəni ... kimi yadda saxlamaq (Save attachments as) dialoq pəncərəsi açılır. Burada faylı yerləşdirəcəyiniz qovluğu seçin. Yadda saxlamaq (Save) düyməsini basmaqdan əvvəl faylın adını dəyişə bilərsiniz. Bunun üçün Faylın adı (File name) sahəsində yeni ad, məsələn, InformTech yazın. Sonra Qorumaq (Save) düməsini basın.

Məktubların sıralanması.

Poçt proqramı elektron məktubları nizamlamaq üçün xüsusi imkanlara malikdir. Standart funksiyalardan istifadə etməklə bu işi asanlaşdırmaq olar. Bu funksiyalardan biri sıralama funksiyasıdır.

Daxil olan (Inbox) məktublar pəncərəsində məktublar siyahısının başlığı üzərində mausun düyməsini basın. Siyahını məktub göndərənlərin adları üzrə sıralamaq üçün Başlayaraq (From) düyməsini basın. Gördüyünüz kimi məktublar əlifba sırası ilə düzüldü.

Sıralamanı dəyişə bilərsiniz. Bunun üçün təkrar olaraq məktublar siyahısının başlığı üzərində mausun düyməsini basın.

Məktubları başqa kriteriyalara görə də sıralamaq olar.

Menyunun Görünüş (View) bəndini açıb Sıralama (Sort by) əmrini , sonra isə Alınıb (Received) sətrini seçin.

Bu halda məktublar alınma tarixinə görə sıralanacaq.

Outlook Express proqramında sıralama qaydaları Poçtun Nizamlayıcısında izah edilir. Menyunun Xidmət (Tools) bəndini açın, mausun oxunu Sıralama qaydaları (Messages rules) sətrini üzərinə gətirin, sonra isə mausun düyməsini basmaqla Poçt (Mail) sətrini seçin (pokazatğ).

Açılan dialoq pəncərəsində sıralama aparmaq üçün sizə bir sıra qaydalar təklif edilir. Pəncərədən çıxmaq üçün Təqzib (Cancel) düməsini basın.