Microsoft Outlook Express/Elektron poçtun parametrlərinin qurulması

Vikikitab, açıq dünya üçün açıq kitablar
../ Microsoft Outlook Express

../

İmzanın yaradılması. Сервис → Парамерты → Подписи → Создать → Подпись → Переименовать → Применить

Elektron poçt vasitəsi ilə göndərilən məktub əvvəlcə poçt serverində yerləşdirilir. Bu məktubu almaq üçün poçt serverinə müraciət edərək sizin ünvana göndərilən bütün məktubları soruşmaq lazımdır. Əgər siz İnternetə provayder vasitəsi ilə qoşulmusunuz, o halda poçt serverinin adı cox zaman mail olur. Daha sonra isə İnternet provayderinin adı gəlir. Məsələn, mail.myisp.com. Poçt serverləri istifadə etdikləri müxtəlif poçt protokolları ilə fərqlənirlər. Outlook Express daxil olan məktublar üçün РОРЗ (Post Office Protocol – poçt xidməti protokolu) və IMAP (Internet Message Access Protocol – məlumatlara İnternet müraciət protokolları) istifadə edir. Məktubun göndərilməsi üçün SMTP (Simple Mail Transfer Protocol – məktubun göndərilməsinin sadə protokolu) istifadə edilir.

Poçt serverindən məktub ala bilmək üçün həmin serverdə istifadəçinin adını və porolu göstərməklə qeydiyyatdan keçmək vacibdir. Outlook Express proqramına daxil edilmiş qeydiyyat yazısı poçt serverində istifadəçinin adı kimi tanınır. Məsələn, əgər Chris adı qeydiyyat yazısında göstərilmişdirsə, həmin kompyuterdə istifadəçinin poçt ünvanı chris@twostory.com olacaqdır.

Outlook Express proqramının köməyi ilə istifadəçi bir kompyuterdən başqa kompyuterə modem və ya şəbəkə vasitəsilə məktub və ya məlumat göndərə bilər.

Proqramın işarəsi üzərində mausun düyməsini iki dəfə basın.

Siz bu proqramdan ilk dəfə istifadə edirsinizsə Outlook Express İnternet Poçtunun Sazlanması (Internet connection wizard) ustasını işə salır və beləliklə yeni qeydiyyatyazısının yaradılması üçün imkan yaradır.

Outlook Express proqramının pəncərəsi ilə tanışlıq.

Outlook Express proqramının pəncərəsini Pəncərənin birinci sətri Başlıq sətri adlanır. Burada proqramın adı yazılır.

Başlığın altında Menyu sətri yerləşir. Bu sətir Файл(File), Правка (Edit), Вид (View), Сервис (Tools), Новости (Message), Справка (Help) bəndlərindən ibarətdir. Hər bəndə Outlook Express -in işi ili əlaqədar olan əmrlər daxildir.

Menyunun Вид (View) menyusu üzərində mausun düyməsini basın. Açılan siyahının əmrləri məktubun görünüşünü dəyişməyə imkan verir.

Əmrlərin çoxunun klaviatur əvəzi vardır. Məsələn, Fayl (File) → Печать… (Print…) əmrini Ctrl+P düymələrini basmaqla yerinə yetirmək olar.

Passiv, yəni hazırki vəziyyətdə işlənə bilməyən, əmrlər boz rəngdə göstərilir. Açıq menyunu bağlamaq üçün pəncərənin hər hansı bir yerində mausun düyməsini basın.

Menyu sətrinin altında alətlər lövhəsi yerləşir. Menyunun əmrləri vasitəsilə yerinə yetirilən əməliyyatlar alətlər lövhəsinin düymələri vasitəsi ilə də yerinə yetirilə bilər.

Qovluqlar (Folders) sahəsinə diqqət yetirin. Burada Outlook Express-də susmaya görə istifadə olunan qovluqların siyahısı verilir. Daxil olan (Inbox) qovluğu daxil olan məktubların saxlanması üçün istifadə edilir. Qovluğun adının sağ tərəfində mötərzədə oxunmamış məktubların miqdarı göstərilir.

Digər qovluqların yanında onların içindəki oxunmamış məktubların sayını görmək olar. Göndərilən (Outbox) qovluğunda göndərilmək uçun hazır olan məktublar saxlanılır.

Göndərilmiş məktublar Göndərilmiş (Send Items) qovluğunda yerləşdirilir.

Ləğv edildikdə məktublar Silinmiş (Deleted Items) qovluğuna keçirilir.

Qaralama (Drafts) qovluğu hal-hazırda lazım olmayan məktubların müvəqqəti saxlanması üçün nəzərdə tutulmuşdur.