Microsoft Outlook Express/Məktubların yerləşdirilməsi
←../ | Microsoft Outlook Express |
../→ |
Lazım gəldikdə bəzi məktublar xüsusi yaradılmış qovluqlarda yerləşdirilir. Gəlin Daxil olan (Inbox) qovluğundan bir və ya bir neçə məktubu Telecom qovluğuna köçürək.
İstədiyiniz məktubu seçin. Bir neçə məktubu seçmək uçun məktublardan birini seçin, sonra klaviaturada CTRL düyməsini basın və buraxmadan bir-bir qalan məktubları seçin. Menyunun Düzəliş (Edit) bəndinin Qovluğa keçirməli (Move to folder) sətrini seçin.
Keçirmə (Move) pəncərəsində lazım olan Telecom qovluğunu seçib OK basın.
Bir qovluğdan başqasına məktubların surətini köçürmək üçün istənilən məktubları seçərək menyunun Düzəliş (Edit) bəndinin Surətini köçürmək (Copy to folder) əmrini yerinə yetirmək lazımdır. Bunun üçün açılmış pəncərədə lazım olan Relations qovluğunu qeyd edib OK düyməsini basın