Məzmuna keç

Microsoft Outlook Express/Outlook Express proqramının alətlər lövhəsi

Vikikitab, açıq dünya üçün açıq kitablar
../ Microsoft Outlook Express

../


Yeni məktub tərtib etmək üçün mausun sol düyməsini Yeni Məktub yaratmaq (New Mail) düyməsinin üzərində basın.

Alınmış məktublardan birinə cavab yazmaq üçün istədiyiniz məktubu seçin və Cavab (Reply) düyməsini basın.

Hamısına cavab (Reply All ) düyməsi Cavab (Reply) düyməsinə bənzəyir, lakin bu düymə bir qədər fərqlidir. Əgər alınmış məktub Sizinlə bərabər bir neçə ünvana göndərilmişdisə, Hamısına cavab (Reply All ) düyməsi ilə Sizin cavabınız da həmin ünvanlara göndəriləcək.

Məlumat göndərmək (Forward) düyməsi ilə sizə gələn məktubu başqa bir ünvana göndərə bilərsiniz. Elektron xəbəri Çap (Print) düyməsi ilə kağız üzərinə köçürmək olar.

Silmək (Delete) düyməsi seçilmiş məktubu və ya məktubları silmək üçün istifadə olunur. Göndərmə/Qəbul (Send/Receive) düyməsi elektron xəbərlərin göndərilməsi və qəbulu üçün istifadə edilir.

Məlumat kitabı (Addresses) vasitəsilə Məlumat kitabıçasını açıb lazımi ünvanı tapmaq olar.