Microsoft Word/Yaddaşda olan faylın açılması
Görünüş
←../ | Microsoft Word |
../→ |
Artıq bir dəfə yaddaşa verilmiş mətni tapmaq üçün onun adını və yerləşdiyi qovluğu bilmək lazımdır. Файл (File) menyusundan → Открыть... (Open) seçin, «Открытие документа» pəncərəsində əvvəlcə qovluğu tapın, qeyd edin → «Открыть» düyməsini basın → faylı tapıb üzərində düyməni iki dəfə basın və ya yenidən «Открыть» düyməsini basın.
«Открытие документа» pəncərəsində fayllara baxmaq üçün bir neçə rejim var. Rejimi dəyişmək üçün pəncərənin yuxarı sağ hissəsində yerləşən düymələrdən istifadə olunur. Axtarılan faylın adı məlum deyilsə «Открытие документа» pəncərəsində Сервис → Найти əmri verilir və açılan Поиск pəncərəsində mətnə görə axtarış verilir.