Məzmuna keç

Microsoft Word/Yeni sənədin yaradılması

Vikikitab, açıq dünya üçün açıq kitablar
../ Microsoft Word

../

Word proqramının daxilində eyni zamanda bir neçə sənəd yaradıla və emal oluna bilər. Bunu yoxlamaq üçün, yeni sənəd yaradın:

Файл (File) → Создать… (New…) və ya alətlər panelində Создать düyməsindən istifadə edilir. Общие шаблоны → Шаблоны pəncərəsindən lazım olan şablon seçilir → OK.

Yeni sənəd yarandıqdan sonra, əvvəlki sənədə bir neçə usul ilə qayıtmaq olar, bundan əlavə hər iki sənədi eyni zamanda ekranda görmək və asanlıqla işləmək olar.

Bir sənəddən başqasına keçmək üçün:

  1. Window panelindən (ekranın aşağısında, Пуск(Start) düyməsi yerləşən panel) istifadə olunur. Buradakı sənədlər siyahısından lazım olan sənəd adı seçilir.
  2. Alt+Tab düymələrindən istifadə etməklə pəncərələr seçilir.

Word proqramında yazı yazarkən müxtəlif dillərdən istifadə etmək mümkündür. Yəni İngilis dilindən əlavə Rus, Azərbaycan və s. dillərindəndə istifadə etmək olar. Bunun üçün Пуск (Start) panelinin sağında yerləşən indikatordan və ya klaviaturada Ctrl+Shift (bəzi sistemlərdə (Alt+Shift) düymələrindən istifadə edilir.