Mozilla Firefox

Vikikitab, açıq dünya üçün açıq kitablar
Logo

Mozilla Firefox — populyar, ödənişsiz və açıq-qaynaqlı İnternet brauzeri (veb səyyahı), əməliyyat sistemi ilə əla uyuşaraq, əvvəlki brauzerlərin favoritlər bölməsindəki informasiya bazasını idxal etmək kimi vacib funksiyalara sahibdir. Pop-up reklamların qarşısını alır və yuksək səviyyədə brauzerin təhlukəsizliyi imkanlarını təklif edir.

Mozilla Firefox 48.0

Proqramın qurulması[redaktə]

İlk addım Mozilla Firefox səyyahının ödənişsiz nüsxəsini əldə etməlisiniz. Proqramın qurucu faylı İnternet vasitəsi ilə endirilə bilər. Bu ünvana - http://mozilla.org/products/firefox/ - müraciət etdikdə, siz proqram məhsulunu ən son versiyasını endirmək üçün keçid tapa bilərsiniz. Nümunə üçün Windows üçün hazırlanan 1.0 versiyasının qurucu faylını endirib, ondan istifadə etmək olar. Mozilla FireFox qurucusu Mozilla icmasının rəsmi istehsal etdiyi bir fayldır. Bir vahid faylda, proqramın istifadəsi üçün lazım olan fayllar və ilkin quraşdırılması üçün alətlər yerləşdirilib.

Həmçinin bax[redaktə]

Xarici keçidlər[redaktə]