Narçılıq/Narın xəstəlik və zərərvericiləri/Dəmgil
Narçılıq/Narın xəstəlik və zərərvericiləri |
Dəmgil xəstəliyi: Nar bağlarında geniş yayılıb, bitkiyə ziyan verir. Dəmgil xəstəliyi çiçək kasacığını və meyvənin qabıq hissəsini zədələyir, tünd-qəhvəyi batıq ləkələr törədir. Ləkələr inkışaf edib böyüyür bə meyvənin qabıq hissəsini tam əhatə edir. Xəstəliyin təsırindən qabıq toxumasının inkişafı dayanır, üzərində yarıqlar əmələ gəlir. Bu xəstəlik rütubətli havada daha sürətlə artıb məhsuldarlığı aşağı salır və keyfiyyəti pisləşdirir.
Mübarizə tədbirləri: Nar bağlarında tökülmüş xəstə meyvələri yığıb məhv etməli, payızda yarpaqlar töküldükdən sonra və yazın əvvəllərində nar kollarına eləcə də torpağa 5%-li mis kupsoru və ya 4%-li dəmir kupsoru çiləməli. Dəmgilə qarşı vegetasiya dövründə 1%-li bоrdo mayesi, 0,5%-li mis-xloraksidi, 1,5%-li nolloid kükürd preparatları tətbiq edilir.