Narçılıq/Narın xəstəlik və zərərvericiləri/Meyvə çürüməsi
Narçılıq/Narın xəstəlik və zərərvericiləri |
Meyvə çürüməsi: Xəstəlik Azərbaycanda geniş yayılmaqla nar bitkisinə böyük ziyan vurur. Yoluxmuş nar meyvələrınin üzərində qəhvəyi rəngli ləkələr əmələ gəlir. Ləkələr iriləşərək meyvəni əhatə edir. Хəstəliyə tutulmuş meyvələr qaralıb çürüyür. Zədələnmiş cavan nar meyvələri yerə tökülür. Xəstəlıyin törədıcisi qışı çürümüş meyvələrdə keçirir. Çürümə xəstəliyi əsasən, mexaniki zədələnmiş meyvələrdə baş verir. Bu xəstəlik rütubətli havada daha sürətlə artır. Xəstəliyə tutulmuş narın məhsudarlığı azalır və keyfiyyəti pisləşir. Azərbaycanda əkilən nar sortlarının hamısı meyvənin çürümə xəstəliyinə qarşı davamsızdır.
Mübarizə tədbirləri: Xəstəliyə qarşı nar bağlarında təmizlik işləri aparılmalı, ağacların üzərində olan və yerə tökülmüş meyvələri yığıb məhv etməli, payızda və yazın əvvəllərində nar bağlarında 1,5%-li nitrafen və ya 5%-li mis kuprоsu məhlulu ilə çiləmə aparılmalıdır. Bitkinin vegatasiya dövründə meyvə çürüməsi хəstəliyinə qarşı 1%-li bоrdо mayesi, 0,4%-li sınab, polikarbotsin (4-8 kq/ha) və s. funqısidlərlə çiləmə aparılmalıdır. Birinci çiləmə çiçəkləmədən 3-4 həftə qabaq, ikinci meyvə əmələ gəldikdən sonra, üçüncü meyvənin yığılmasna 25-30 gün qalmış aparılır.