Narçılıq/Narın xəstəlik və zərərvericiləri/Nar meyvəyeyəni

Vikikitab, açıq dünya üçün açıq kitablar
Narçılıq/Narın xəstəlik və zərərvericiləri

Nar meyvəyeyəni: Bu zərərverici 4-5 yaşında tırtıl fazasında, ağac qabığının yarıqlarında, qurumuş gövdənin qabığı altında, meyvənin qabığında ipəkvari baramalarla qışlayır. Kəpənəyin bırinci nəslinin uçuşu nar bitkısinin çiçəklənməsınin başlanğıcı ilə bir vaxta düşür.

Zərərverıcisi çiçəkləri, qönçələri zədələyir. İyul ayının ortalarında ikinci nəslin kəpənəkləri uçur. Ikinci nəslin kəpənəklərınin kütləvi şəkildə uçuşu iyul ayının ikinci ongünlüyündə başlayır, sonunda qurtarır. Ikinci nəslin kəpənəyi yumurtalarını, əsasən meyvə kasacığına qoyur. Onlardan tırtıllar avqust ayının birinci ongünlüyündə çıxır. Yumurtalardan tırtılların kütləvi çıxışı avqust ayının ikinci ongünlüyündə başlayır. Bu vaxt tırtıllar nal dənələri və meyvəarakəsmələri ilə qıdalanır. Nar meyvəyeyəni ilə ən çox qırmızıqabıq, nazik qabıq, çəhrayi gülöyşə, ən az isə şırin nar sortları zədələnir.

Mübarizə tədbirləri: Zərərvericilərə qarşı aqrotexniki və kimyəvi mübarizə tədbirlərindən istifadə etmək lazımdır. Bu məqsədlə ağacların gövdələrini köhnə qabıqlardan təmizləmək saralıb tökülmüş çıçəkləri, qönçələri müntəzəm olaraq yığılıb kənarda yandırmaq lazımdır. Bu məqsədlə sumı-alfa (0,6-litr/ha.), karate (0,6 litr/hektar), sumısıdin (0,3-1 l/ha.) preparatlarından istıfadə edilir.