Məzmuna keç

Nitq mədəniyyəti/Nitq mədəniyyəti və üslubiyyat

Vikikitab, açıq dünya üçün açıq kitablar

Nitqin uslublari | başlıq nitq mədəniyyəti | müəllif = S Azadov | keçidsiz müəllif =S Azadov | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = | əvvəlki = İşgüzar ünsiyyət mədəniyyəti | növbəti = Nitqin növləri (monoloji və dialoji) | il = | qeydlər = | vikipediya_keçidi = | vikisitat_keçidi = | commons_keçidi = }}

Mədəni nitqə yiyələnmək üçün dilin yalnız leksik-qrammatik normalarını gözləmək kifayət etmir. Bunun üçün nitq üslubi cəhətdən də düzgün qurulmalıdır. Yəni danışarkən elə sözlər seçilməli, cümlələr elə qurulmalıdır ki, fikir dəqiq və aydın ifadə oluna bilsin. Danışan və ya yazan işlətdiyi hər bir sözün əhəmiyyətini, onun nəzərdə tutulan fikrin ifadəsi üçün nə dərəcədə yararlı, dəqiq olmasını nəzərə almalıdır. Həm danışıq, həm də yazıda hər hansı bir söz öz həqiqi mənasından başqa, digər mənalarda da işlənilir. Mənadan doğan forma rəngarəngliyi dilin üslubi imkanları əsasında yaranır ki, bütün bunlar dilin üslubiyyat bəhsində öyrənilir.
Natiq Azərbaycan dilinin fonetik, leksik və qrammatik imkanlarını həm nəzəri, həm də praktik cəhətdən öyrənməli, nitqin dəqiqliyi, yığcamlığı, ahəngdarlığı, bədiiliyi üçün üslubi imkanlardan yerində, ünsiyyətin tələblərinə uyğun istifadə etməyi, ədəbi dilimizin ifadə vasitələrindən konkret şəraitlə bağlı yararlanmağı bacarmalıdır.
Nitq üslubu danışanın (eləcə də yazanın) dil vasitələrindən, onun fonetik,leksik və qrammatik imkanlarından məqsəd və məqama uyğun istifadə edə bilmətərzidir, sistemidir. Bu istifadə bir sıra amillərlə, şərtlərlə (ünsiyyətin şəraiti,məqsədi, müsahibin marağı, anlama səviyyəsi və s.) bağlı olur və müxtəlifformalar kəsb edir. Bir halda danışan qarşısına müsahibindən nəyisə öyrənmək vəya ona hər hansı əşya, hadisə barədəsə məlumat vermək, başqa bir halda təbiət vəcəmiyyətdəki hadisələr, qanunauyğunluqlarla bağlı biliklərini şərh etmək, digərbir məqamda əşya və hadisənin təsvirində müsahibin hisslərinə, duyğularına təsirgöstərmək və sair məqsədlər qoyur. Üslub fərdidir, danışanların hər birininözünəməxsus nitq üslubu vardır.
Dil vahidlərinin üslubi keyfiyyətləri müxtəlifdir. Bu keyfiyyətlər dilinfo-netikası, leksikası və qrammatikasının imkanları sayəsində yaranır, nitqə üslubi çalarlıq gətirir, onu səlis, çevik, mənalı və kəsərli edir, estetik təsir gücünü artırır.Dil vahidlərinin üslubi imkanlarından danışarkən prof.Ə.Dəmirçizadə yazır:“Üslub dedikdə biz sözlərin, ifadələrin, qrammatik vasitələrin və fonetik imkanlarınməqsədəuyğunluq əsasında seçilmiş vahidlər sistemini başa düşürük”.
Fonetik, leksik, morfoloji, sintaktik normalar ədəbi dilin strukturu iləbağlı olub nitqin düzgünlüyünü təmin edirsə, üslub normaları leksik-qrammatiknormaların bir növ törəməsi olub nitqin gözəlliyini, ifadəliliyini, dəqiqliyiniartırmaqla ünsiyyəti asanlaşdırır, onun təsirli, cəlbedici olmasını, danışan, oxuyanvə dinləyənin ən incə məqamları, mətləbləri ifadə və dərk edə bilməsini təminedir.
Fonetik vasitələr nitq prosesində işlənmə yerinə, məqamına görə müəyyənüslubi mahiyyət kəsb edir ki, onlardan ən başlıcası ahəngdarlıqdır. Ahəngdarlıqnitqin səlisliyi, gözəlliyi, onun dinləyənə xoş təsir bağışlamasıdır. Dilimiz öztəbiətinə, səslənməsinə görə ahəngdar dillərdən biridir. Bu ahəngdarlığı yaradanbir sıra vasitələr, xüsusiyyətlər vardır ki, onlardan ən başlıcası lüğət tərkibinədaxil olan sözlərin özünəməxsus strukturudur, başqa sözlə, səsdüzümüdür.
Məlumdur ki, saitlər tonun, samitlər küyün iştirakı ilə yaranır. Saitlər sa-mitlərləmüqayisədə daha ahəngdardır. Samitlərdən sonorlar sədalı olduğu üçün saitlərəyaxındır. Bunlar nitqdə avazlı, müsiqili səslər hesab olunur. Sait və samitlərinsözlərdəki ahəngdar düzümü tələffüzdə asanlığı, səlisliyi təmin edir, harmoniyayaradır. Dilimizdəki təkhecalı, eləcə də çoxhecalı sözlərin müəyyən bir qismi sonhecadakı səsə görə həmqafiyə olur.
Ədəbi tələffüzdə özünü göstərən bir sıra fonetik dəyişmələr: bəzi alınmasözlərdə saitlərin uzun tələffüzü (məmur, elan, əla və s.), ədəbi dil baxımındanməqbul sayılan səsdəyişmələri (vətəndən-vətənnən, şənbə-şəmbə, başlayır-başlıyırvə s.), səsartımı (ailə-ayilə, şair-şayir, şer-şeyir və s.), tələffüzdə ağırlıq yaradanfonemin ixtisar olunması (səsdüşümü) (dost köməyi – dos köməyi, güzəşt etmək–güzəş etmək və s.), dilimizə məxsus sözlərdə iki saitin, iki və üç samitin sözdaxilində yanaşı işlənə bilməməsi, çoxhecalı sözlərin sonunda cingiltili samitlərinkarlaşaraq tələffüz olunması (uşaq bağçası-uşax baxçası, kənd həkimi-kənthəkimi, tüfəng səsi-tüfənk səsi və s.), kar samitlərin cingiltiləşərək deyilməsi(hətta-hətda, dəftər-dəfdər, bitki-bitgi, təşəkkür-təşəkgür və s.), həmcins üzvlünəqli cümlələrdə şəkilçilərin və hissəciklərin ixtisarı, tabesiz mürəkkəbcümlələrdə axırıncı xəbərin ixtisarı (məs.; gül gülü çağırır, bülbül bülbülü), ahəngqanunu, vurğu və s. fonetik faktorlar nitqdə ahəngdarlığı yaradır. İntonasiya,fasilə, vurğu, temp, tembr və s. də nitqdə ahəngdarlığı, ritm və bölgüləri yaradanvasitələrdir. Bunlar nitqin təsirini artırır, onu daha ifadəli, emosional edir. Belənitq müsiqi kimi səslənir. Bu cür ahəng-darlıq yaradan vasitələrdən biri dəalliterasiyadır. Alliterasiya ifadəni, cümləni təşkil edən sözlərin əvvəlində və yaortasında eyni, yaxud yaxın samitlərin iş-lənməsidir. Bu cür səs düzümününyaratdığı musiqi, ahəng söz birləşmələri, atalar sözləri, frazeoloji vahidlərindeyilişində özünü daha çox göstərir, başqa sözlə, həmin ifadələrin, bədii mətnlərinyaranmasında da eyni səslərin təkrarından əmələ gələn fonetik hadisənin mühümrolu olur. Məsələn, “Qalan işə qar yağar”.
Danışıq zamanı üslubieffekt və səlislik yaratmaq, lüzumsuz təkrarlara yol verməmək, fikin daha təsirli,ifadəli və dəqiq ifadə edilməsi məqsədilə rəngarəng sinonimlərdən istifadə olunurki, onlar nitqin təsir gücünü artırır, emosionallıq və ekspressivlik yaradır ki,onlar incə məqamları ifadə etmək üçün geniş və rəngarəng üslubi imkanlaramalikdir. Danışan fikir və hisslərini daha dəqiq ifadə etmək üçün sinonim cərgəyə məxsus lazımi sözü yerli-yerində elə işlədir ki, bu, nitqdə dəqiqliyi yaradır,eyni zamanda ahəngdarlıq təmin edir. Bu baxımdan Ulu öndər Heydər Əliyevin nitqitəsirli və zəngin olmuşdur. Onun dilində həyəcan-narahatlıq, arzu-istək, köməkqayğı-mənəvidayaq, bilikli-savadlı, hörmət-ehtiram-minnətdarlıq, fikir-duyğu-istəkvə s. kimi ifadələrə, sinonimlərə tez-tez rast gəlmək mümkündür ki, bu daonun dilinin leksik cəhətdən zəngin olduğunu göstərir.
Leksik vasitələrdən, o cümlədən sinonimlərdən istifadə şifahi nitqə birnöv yaradıcı xarakter verir. Natiqlər, müəllimlər və başqaları hərə öz bacarığı, nitqtutumu və lüğət ehtiyatının səviyyəsi dairəsində sinonimlər işlətməyə çalışırlar.Sinonimlər vasitəsilə yaranan rəngarənglik nitqi maraqlı edir, dinləyicilər belədanışıq tərzini rəğbətlə qarşılayırlar.
Nitq prosesində təzadlı, ziddiyyətli hadisə və əşyalarıqabarıq, obrazlı bir şəkildə təsvir etmək, qiymətləndirmək, nəzərə çarpdırmaqməqsədilə antonimlərdən istifadə olunur. Bədii təsvir vasitəsi kimi antonimlərnitqdə lakoniklik, konkretlik, obrazlılıq yaradır. Antonimlərdən dilin bütünüslublarında istifadə olunsa da, onlar üslubi vasitə kimi bədii ədəbiyyatda,poeziyada daha geniş şəkildə işlədilir.
Xalq zəkasının, müdrikliyininümumiləşdirilmiş bədii ifadəsi olan atalar sözü, zərbi-məsəl və aforizmlərdənünsiyyət prosesində geniş istifadə olunur. Bu yığcam, müdrik, obrazlı ifadələr özdərin mənaları ilə yanaşı, gözəl səslənməyə də malikdir. Orada səslərin, xüsusənsamit səslərin alliterasiyası, saitlərin assonansı deyilişdə ahəngdarlıq yaradır ki,bu da həmin ifadələri qulağayatımlı edir, ölçülü nəzm kimi səslənməsinə səbəbolur.
Nitqin üslubi rəngarəngliyinin təmin edilməsində dilin bədii təsvirvasitə-lərinin (metafora, metonimiya, sinekdoxa, epitet, müqayisə, bənzətmə,mübaliğə, tabu sözlər və s.) də rolu böyükdür.
Nitq hissələri dilimizin üslubi cəhətdən zənginləşməsində geniş imkanlaramalikdir. Onlar cümlədə həm öz morfoloji funksiyasını yerinə yetirir, həm dənitqin aydınlığını, yığcamlığını, səlisliyini, təsirliliyini təmin edir. Bu baxımdanismin imkanları daha genişdir. Bu nitq hissəsinin yaratdığı üslubi çalarlıq onunleksik məna növləri, mənsubiyyət, hal, kəmiyyət, xəbərlik kateqoriyaları üzrədəyişməsində özünü göstərir.Nitqdə yığcamlığı yaratmaq məqsədilə sahib əşyanı bildirən söz (yiyəlikhalında işlənən söz) ixtisara düşür, mənsubiyyət şəkilçili söz həm də sahib şəxsiəvəz edir.
Dilin üslubiyyatla bağlı olan bölmələrindən biri də sintaksisdir. Elə birsintaktik vahid, quruluş yoxdur ki, nitqin üslubca zənginləşməsində bu və ya digərdərəcədə iştirak etməsin. Bu baxımdan sadə cümlənin məqsəd və intonasiyayagörə növlərinin imkanları genişdir. Onlardan sual cümləsi nitqdə daha çox mənaçalarları kəsb edir.Əmr cümlələrinin işlədilməsində də fərqli məna çalarları, üslubi
məqamlar vardır. Bu cümlələr danışanın məqsədindən asılı olaraq təkid, təklif,xahiş, məsləhət, nəsihət, çağırış, arzu, istək, təskinlik, yalvarış, qəzəb və s. kimimənalar ifadə edir, müvafiq intonasiya ilə tələffüz olunur.
Bəzən fikrin məzmunundan, subyektin məqsədindən asılı olaraq cümlədə söz sırası pozulur, cümlə üzvləri öz yerlərini dəyişir. Bu dəyişiklik üslubi effekt ya-ratmaq, söz və söz birləşmələrini daha çox nəzərə çarpdırmaq məqsədi daşıyır. Beləinversiya şeir dilində özünü daha çox göstərir.
Nitqin emosionallığını artıran, ona üslubi çalarlıq verən vasitələrdən biridə xitablardır. Xitablar dinləyicinin diqqətini söylənilən məsələyə cəlb etməkməqsədilə işlənilir.Bir sıra hallarda danışan cansız qüvvələrə müraciət edir ki, belə xitablarüslubi məqsəd daşıyır. Sırf ekspressiv səciyyə kəsb edən bu xitablar bədiiədəbiyyat üçün səciyyəvidir.
Sintaksisin üslubi imkanları, şübhəsiz ki, yuxarıda deyilənlərlə məhdud-laşmır.Digər sintaktik quruluşların - təktərkibli cümlələrin, söz-cümlələrin, mürəkkəb cümlələrin və sairənin də nitqin obrazlılıq və ifadəliliyini yaratmaq,təsir gücünü artırmaq, incə məna çalarlarını yaratmaq imkanları vardır. Natiqünsiyyət prosesində onlardan istifadə edərək nitqini zənginləşdirməlidir.

İstifadə olunmuş ədəbiyyat siyahısı

[redaktə]
  • 1. Abdullayev N.Ə. Nitq mədəniyyətinin əsasları. Dərs vəsaiti. Bakı, 2013