Pascal
Pascal dili (Paskal) – 1971-ci ildə professor Niklaus Virt (Niclaus Wirth) tərəfindən yaradılmışdır. Dil fransız riyaziyyatçısı və filosofu Blez Paskalın (Blaise Paskal) şərəfinə adlandırılmışdır və qısa zaman içində universitetlərdə istifadə edilən proqramlaşdırma dili halına gəlmişdir.
Paskal dilinin bir sıra xüsusiyyətləri onun biznes və sənaye sahələrində geniş tətbiqinə gətirib çıxarmışdır. Modula və Modula-2 dilləri Paskal dili əsas götürülərək inkişaf etdirilmişdir
Dilin xüsusiyyətləri
[redaktə]Pascal dili yeni başlayan şəxslər üçün daha böyük əhəmiyyət kəsb edir.Proqramlaşdırmaya yeni başlayan şəxslərin bu dildən başlamaları məsləhət görülür.
1. Pascal dilinin sintaksisi çox sadə və asan başadüşüləndir.
2. Sistem və qurğu tələbləri çox azdır. Həm kompilyator, həm də onda yazılan proqramlar üçün.
3. Paskalda istənilən proqramı yazmaq olar.
4. Paskal dili OOP dillər sırasına daxildir.
Sintaksisi
[redaktə]program proqram_adı(output); { dəyişənlərin elan edilməsi } begin { operator hissə } end.
proqram söz ilə proqramın adı elan olunur. Bu Pascal dili üçün çox da əhəmiyyətli deyil. Bu barədə biraz daha sonra. begin sözü ilə proqramın icrasına başlayırıq və end ilə bitiririk. İndi isə sadə bir proqram yazaq.
program MyFirstProgram(output); var name:string; begin write('Adınızı daxil edin: '); read(name); write('Salam, '+name+'!'); end.
İndi isə izah edək. Artıq sizə aydındır ki, proqram sözü ilə proqramımıza ad veririk. Və sonra dəyişənləri elan edirik. Bizim misalda name dəyişənini elan edirik. Dəyişənlərin elan edilməsi, onların tipi, identifikatorlar haqqında daha geniş məlumat sonra. Deməli name dəyişənini elan edirik. Daha sonra begin sözü ilə proqrama başlayırıq. Və write(); operatoru ilə Adınızı daxil edin: ekranda çap olunur. Bundan sonra read(); operatoru ilə isə ekranda daxil etdiyimiz məlumatları name dəyişəninə mənimsədirik. Daha sonra artıq sizə məlum olan write(); operatoru ilə əvvəlcə Salam, sonra isə name dəyişənində olan məlumat, yəni sizin daxil etdiyiniz məlumat(adınız) çap olunur. Sonra isə ! işarəsi. Bura qədər aydın oldusa, artıq bu sizin Pascaldakı ilk proqramınızdır.
Dəyişənlər
[redaktə]Dəyişənlərin və onların tipinin elan edilməsi
[redaktə]Pascal dilində dəyişənləri elan etmək üçün var operatorundan istifadə olunur. Bu zaman onun tipini yazmaq vacibdir:
var i : integer; ch : char;
Pascal dilində dəyişəni elan edərkən mütləq onun tipi də müəyyən olunmalıdır. Bizim misalda i dəyişəni tam tipli, ch isə simvol tiplidir.
Bundan başqa bir neçə eyni tipli dəyişənləri etmək üçün onları vergül ilə də birləşdirmək olar.
var i, j, k : integer; letter, ch : char;
Bu misalda i, j, k dəyişənləri tam tipli, letter, ch isə simvol tipli olur.
Paskal dilində bir çox dəyişən tipi var. Hələ ki bunların hamısını deyil, daha çox lazım olanları barədə yazacağam. Daha sonra hamısı barədə ətraflı məlumat verərəm. Paskalda dəyişənin tipini elan etməyin bir yolunu artıq bilirsiniz.
var x,y,z : integer;
Bunu başqa cür də etmək olar.
type number=integer; var x,y,z : number;
Digər proqramlaşdırma dilləri
[redaktə]- KOBOL
- Assembler
- Basic
- C
- C++
- C#
- Fortran
- JAL
- Java
- LISP
- Object C
- Pascal
- Perl
- PHP
- Prolog
- Python
- Ruby
- Scheme
- Delphi
Ədəbiyyat
[redaktə]- Роберт В Себеста, Concepts of Programming Languages, 2001.
- Turbo Pascal VideoDərsləri
Həmçinin bax
[redaktə]Xarici keçidlər
[redaktə]- Definition of "Computer Program" at dictionary.com