Məzmuna keç

Resept:Portağallı keks

Vikikitab, açıq dünya üçün açıq kitablar
(Portağallı keks səhifəsindən yönləndirilmişdir)

Tərkibi

[redaktə]
  • 3 yumurta
  • 1 stəkan şəkər tozu
  • 1 stəkan süd
  • 1 stəkan duru yağ
  • 1 paket vanil
  • 1 paket qabartma tozu
  • 1 portağal
  • Alabildiyi qədər un

Hazırlanma qaydası

[redaktə]

Keks qabını yağlayın. 1 portağalı incə-incə dilimləyin. Dilimləri keks qabının içinə yan - yana düzün.

Geniş bir qabın içinə yumurtaları qırın, şəkər tozu əlavə edərək mikserlə yaxşı - yaxşı qarışdırın. Duru yağ, süd və portağal qabığı rəndəsini içinə əlavə edin. Qabartma tozu, vanil və 9 yemək qaşığı un əlavə edib qarışdırın. Yaxşı - yaxşı qarışdırdıqdan sonra keks qabına tökün. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobaya qoyub 25 dəqiqə bişirin.

Keksin üstü müxtəlif cür bəzədilə bilər.