Resept:Portağallı keks
Görünüş
Portağallı keks | |
---|---|
Kateqoriya: | Avropa mətbəxi |
Porsiya: | 6 |
Enerji qiyməti: | 1000-800 kkal. |
vaxt: | 2 saat |
Hazırlanma mürəkkəbliyi: |
Tərkibi
[redaktə]- 3 yumurta
- 1 stəkan şəkər tozu
- 1 stəkan süd
- 1 stəkan duru yağ
- 1 paket vanil
- 1 paket qabartma tozu
- 1 portağal
- Alabildiyi qədər un
Hazırlanma qaydası
[redaktə]Keks qabını yağlayın. 1 portağalı incə-incə dilimləyin. Dilimləri keks qabının içinə yan - yana düzün.
Geniş bir qabın içinə yumurtaları qırın, şəkər tozu əlavə edərək mikserlə yaxşı - yaxşı qarışdırın. Duru yağ, süd və portağal qabığı rəndəsini içinə əlavə edin. Qabartma tozu, vanil və 9 yemək qaşığı un əlavə edib qarışdırın. Yaxşı - yaxşı qarışdırdıqdan sonra keks qabına tökün. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobaya qoyub 25 dəqiqə bişirin.
Keksin üstü müxtəlif cür bəzədilə bilər.