Proqram təminatı/Giriş

Vikikitab, açıq dünya üçün açıq kitablar
../ Proqram təminatı

../

Kompüterin hər hansı bir işi yerinə yetirməsi üçün aparat təminatı ilə yanaşı, ona göstərişlər toplusu, yəni proqramlar lazımdır. Klaviaturada kla vişin basılmasına, siçanın hərəkətinə, başqa kompyuterdən informasiyanın alınmasına və digər hərəkətlərə kompyuterin necə reaksiya verməsini məhz proqramlar müəyyən edir. Ekrana gö rün tünün çıxarılmasını, sənədin printerdə çap olunması üçün hazırlanmasını, kompyuterdə musiqinin səsləndirilməsini proqramlar həyata keçirir.

Kompyuterin proqram təminatı [software] kompyuter sisteminin ayrılmaz bir hissəsi olub, kompyuterin texniki təminatının məntiqi davamını təşkil edir. Kompyuterin konkret tətbiq sahəsi onun proqram təminatı ilə müəyyən olunur. Kompyuterin özlüyündə heç bir “bacarığı” yoxdur. Bütün “bacarıqlar” kompyuterdə icra olunan proqramlarda cəmləşdirilib. Müasir kompyuterlərin proqram təminatı oyun proqramlarından tutmuş elmi proqramlara kimi milyonlarla proqramdan ibarətdir. Kompyuterdə olan bütün proqramları şərti olaraq üç sinfə ayırmaq olar: sistem proqramları, tətbiqi proqramlar, proqramlaşdırma alətləri.