Qeyri-adi peşələr
Görünüş
Bu mətn hələlik qaralama halındadır.
Mətni redaktə edərək Vikikitabı zənginləşdirə bilərsiniz. Etdiyiniz redaktələri mənbə və istinadlarla əsaslandırmağı unutmayın. Bu şablonu daha dəqiq şablonla əvəz edə bilərsiniz |
Qeyri-adi peşələrin siyahısı — əmək bazarında tələb olunan, ancaq qəribəliyi ilə seçilən peşələr. 2011-ci il üçün TCH.ua internet saytı ən qəribə peşələrə aşağıdakıları aid edib:
- Qolf topu yığan — Qolf meydançalarında oyundan sonra meydança ətrafından topları yığmaqla məşğul olur.
- Qolf klyuşkasını parıldadan — Ciddi qolf klubları mütləq belə mütəxəssis saxlayırlar. Onlar VİP müştərilər üçün klyuşkaları xüsusi yağla silirlər ki, klyuşka qolf topuna yaxşı yapışsın.
- İnək pedükürü ustası — Belə hesab edilir ki, inəklərin dərnqlarının pis vəziyyəti onun süd və bala verməsinə pis təsir edir. Buna görə də Avropanın və Amerikanın elit fermalarında bu iş üçün xüsusi usta briqadaları saxlayırlar.
- Mebel sınaqçıları — Bu tip işçiləri iri dizayner və mebel şirkətləri dəvət edirlər. Onlar stul, kreslo və divanları oturmaqla və hoppanaraq uzanmaqla yoxlayırlar.
- Balıncları səliqəyə salanlar — bahalı mebel mağazalarında bu iş üçün xüsusi işçilər saxlayırlar. Onlar gün ərzində salondakı balınc və örtükləri səliqəyə salırlar.
- Pinqvin qaldıranlar — Qütblərdə yaşayan pinqvinlər mütləq başlarını qaldıraraq göydə uçan vertolyotlara baxırlar. Onların boynu qısa, bədənləri isə çevik olmadığından onlar arxası üstə yıxılırlar. Onlar müstəqil şəkildə qalxa bilmədiyindən məhv ola bilərlər. Buna görə də qütb stansiyalarında onları qalxızan xüsusi işçilər saxlayırlar.
- Qoltuq altı iyləyənlər — Dezodorant və antipersperant istehsal edən firmalarda çalışırlar. Onlar yeni məhsulu təctübə keçirilən insanın qoltuğunun altına sürtür və gün ərzində onun təsirini öyrənmək üçün vaxraşırı iyləyirlər.
- Yumutra seperatorları — Bu işçilər xüsusi cihazların köməyi ilə konditer məmulatları hazırlanmamışdan əvvəl yumurta sarısını ağından ayırırlar.
- Yumutra iyləyənlər — Bu sənət sahibləri elit restoran və konditer sexlərində tələb olunur. Vəzifələri xarab olmuş yumurtaların yeməyə düşməsinə imkan verməməkdir.
- Cücənin cinsini təyin edənlər — Cücə yumurtadan çıxan kimi onun cinsini təyin edirlər. Hesab edilir ki, bununla da onlara qulluğu və düzgün qidanı təşkil etmək olur.
- Oyun kartları üzrə ekspert — Las-Veqas və Monte-Karlo kazinolarında kubikləri düzgün qurmaq tələb edilir. Hesab edilir ki, düz durmayan kubiklər olarsa bu müştəri aldatmaq cəhdidir.
- Kirayə qohumlar üzrə mütəxəssis — Çində kirayə qohumlar üzrə rəsmi xidmət 2010-cu ildə yaranıb. Bu xidmət toy, ad günü və digər şənliyində çox sayda qohum olduğunu göstərmək istəyn insanlara kirayə "qohum" təşkil edir. Xidmət çox populyardır.
- Tualetlər üzrə gid — Yaponiyada dövlət qulluqçusu sayılır. Vəzifəsi böyük şəhərlərdə insanlara sanitar qovşaq tapmaqda kömək etməkdir. Gidin xidməti 4 sentdir.
- Növbədə durmaq işçisi — Böyük Britaniyada növbədə kimnsə yerinə durmaq üçün iççi verən xüsusi firma rəsmi qeydiyyatdan keçib. Firma işçiləri sifarişlə son ana qədər istənilən növbədə durmağı boyunlarına götürürlər. İşçinin bir saatlıq əmək haqqı 40 dollardır.