Məzmuna keç

Qoyunçuluq/Giriş

Vikikitab, açıq dünya üçün açıq kitablar

Qoyunçuluq başqa sahələrə nisbətən ən gəlirli sahələrdən biridir. Belə ki, qoyunlara zootexniki qaydada qulluq olunarsa qoyunlar sürətlə artıb çoxalar bəzi cinslər bir ildə iki dəfə balalayar. 100 baş qoyundan 120-140 quzu almaq olar. Kənd təsərrüfatı heyvanları içərisində qoyun xüsusi yer tutur. Çünki qoyundan müxtəlif çeşidli və qiymətli məhsullar (yun, ət, süd, xəz dəri və s.) əldə edilir. Buna görə də onu hətta universal növ hesab etmək olar. Lakin qoyunun əsas məhsulu yundur. Yerli əhalinin qoyun ətini başqa növ ətlərdən üstün tutması ilə əlaqədar olaraq, qoyunun ət məhsuldarlığı da böyük əhəmiyyət kəsb edir. Və onun istehsalının yun ilə yanaşı olaraq artırılması lazım gəlir. Qoyunçuluqda baş sayının artırmaq üçün qısırlığı ləğv etmək ətlik, yunluq qoyun cinsləri yetişdirmək lazımdır. Bu sahə kənd təsərüfatının ən vacib sahələrindən biridir.