Qoyunçuluq/Qoyunların cütləşmə dövrü

Vikikitab, açıq dünya üçün açıq kitablar
../ Qoyunçuluq

../

Qısırlığı aradan qaldırmaq üçün qoyun və qoçlar yaşıl yem yeməlidirlər. Cütləşmə kompaniyasına 1,5-2 ay qalmış qoçlara əlavə olaraq 0,5 kq qüvvəli yem verilməlidir. Cütləşmə dövründə isə otlaq yemindən başqa qoçlara gündə 1 kq arpa, 3-4 ədəd yumurta, 1-2 litr üzsüz süd verilməlidir. Eyni zamanda sürüdəki qoyunlar yoxlanılaraq, köklüyü lazımı qaydada olmayan qoyunlar sürüdən ayrılıb, ayrıca yemləndirilməlidir ki, həmin qoyunlar cütləşmə vaxtına kımi normal köklük dərəcəsinə çatsınlar. Qoyun dağa qalxarkən və yolda olarkən cütləşmə aparılması məsləhət görülmür. Odur ki, cütləşmə yaylaqda və ya aranda aparılmalıdır.

Çox körpə və qocalmış qoyunları cütləşməyə buraxdıqda onların arasında qısır qalan çox olur. Adətən qoyunlar bırinci dəfə cütləşməyə bir yaş yarımında buraxılır. Odur ki, cütləşmə üçün ana qoyunları seçdikdə qocalıb dişləri tökülmüş və bala vermək qabıliyyətini itirmiş, həmçinin də iki il ərzində təkrar doğmayan qoyunları sürüdən çıxarıb çıxdaş etmək lazımdır. Bundan başqa sürüdə arıq qoyunların sayı çox olarsa, qısırlığın faizi artıq olacaqdır. Bundan başqa yaxşı olardı ki, sürüyə buraxılacaq törədici qoçlar başqa sürüdən gətirilsin, yəni həmin sürü ilə qohumluq əlaqəsi olmasın. Eyni zamanda törədici qoçlar hər üç ildən bir dəyişdirilməlıdir. Cütləşmə vaxtı sürüdə оlan hər 20-25 qoyuna 1 qoç buraxılmalıdır.