Quşçuluq/Cinsiyyət qrupları
Görünüş
< Quşçuluq
Quşçuluq |
Cinsiyyət qrupları. Quşçuluq təsərrüfatlarında cinsiyyət qrupları arasındakı nisbətə xüsusi diqqət yetirilməlidir. Erkək quşlar sağlam, yaxşı inkişaf etmiş, cəld və eksteryerə görə tipik olmalıdır. Onların yüksək məhsuldar analardan törənməsi xüsusilə vacibdir.
Cinsiyyət qrupları arasında nisbət belə olmalıdır. Yumurtalıq cinsdən olan hər 12-15 toyuğa, yaxud ümumi istifadəli hər 8-10 toyuğa 1 xoruz; hər 5-6 dişi ördəyə 1 yaşılbaş; hər 3-4 dişi qaza 1 erkək qaz; hər 10-12 hind toyuğuna 1 lоş (hind xoruzu) saxlanmalıdır.