Quşçuluq/Giriş
Quşçuluq |
Quşçuluq kənd təsərrüfatının çox xeyirli sahəsidir. Toyuqlar 5 aylığında yumurtalamağa başlayır. 10 toyuq yumurtası 1kq mal ətinə bərabər qidalılığa bərabərdir. Beləliklə məhsuldarlığı 230-250 yumurtadan ibarət bir toyuq ildə təqribən 25 kq ətə bərabər məhsul verir və buna da ət istehsalına nisbətən 2-4 dəfə az yem sərf edilir. Toyuqçuluq birinci növbədə yumurta istehsalı istiqamətində ixtisaslaşdırılmalıdır. Broyler (çolpa) istehsalı yalnız o vaxt müvəffəqiyyətli olur ki, onların yetişdirilməsində mələz quşlar və ixtisaslaşdırılmış ətlik xətlər (korniş, ağ plimutrok, susseks, ağ quyruqlu qırmızı toyuq cinsləri) bir-birilə düzgün əlaqələndirilib istifadə edilsin.
Hind toyuqlarının yetişdirilməsi birinci növbədə sürünün yaxşı yemlənməsi və saxlanmasından cavan quşların düzgün bəslənməsindən və damazlıq işinin lazımı səviyyədə təşkilindən aslıdır. Planlı cins olaraq Şımali-Qafqaz hind toyuğunu tövsiyə etmək olar. Yerli hind toyuqları iqlim şəraıtınə yaxşı uyğunlaşsalar da az məhsuldardır (Yaşlı hind toyuğu cəmi 5-7 kq gəlir). Şimali-Qafqaz hind toyuqları isə yerli cinslərdən məhsuldar (10-12 kq) olmaqla daha əlverişlıdir.
Dağlıq və dağətəyi zonalarda ən az qüvvəli yem sərf etməklə, ucuz otlaq yemindən istifadə edərək hər il yüz minlərlə qaz yetişdirmək və kökəltmək mümkündür.