Məzmuna keç

Quşçuluq/Quşların yemlənməsi

Vikikitab, açıq dünya üçün açıq kitablar
../ Quşçuluq

../

Quşların yemlənməsi. Quşların yemlənməsi üçün un dəyirmanlarında dən tullantıları, kəpək, ət-sümük və qan unları, ciyid jmıxı və şərab zavodlarından üzüm cecəsi, həmçinin süd kombinatında əmələ gələn tullantılar, buğda, qarğıdalı, yonca, arpa və s. dənli bitki unları qarğışı quşların yem balansında mühüm yer tutur. Quşçuluğun məhsuldarlığını yüksəltmək üçün vitaminli şirəli yemlərin böyük əhəmiyyəti vardır. Bundan əlavə yemlərə A, D, B1, B2, PP, E vitaminləri, kimyəvi maddələrdən isə Metionin, Lizin, Manqan-sulfat, Kоbalt-karbоnat, Mis-sulfat, Dəmir-sulfat, Sink-sulfat, Kalium-yodid birləşmələri ölçüdə qatılır.