Məzmuna keç

Rəbiyyət Aslanova/Biblioqrafiya/Kitabları

Vikikitab, açıq dünya üçün açıq kitablar
../ Rəbiyyət Aslanova/Biblioqrafiya

../
Sister Projects. Həmçinin baxın: Haqqında • Şəkilləri •

Rəbiyyət Aslanova bir sıra monoqrafik əsərlərin müəllifidir. O, əsərlərində xalqın milli mənəvi dəyərlərinin qorunması, inkişaf etdirilməsi və dünyada təbliğ olunması kimi aktual mövzulara öz münasibətini sərgiləmişdir.

Müəllifin kitabları

[redaktə]
  • "İslam mədəniyyəti və müasirlik". Bakı 2002. 405 səh.
  • “İnsan hüquqları və müasirlik”
  • "Qloballaşma və mədəni müxtəliflik". Bakı. “Elm” nəşriyyatı 2016., 339 səh.
  • “XXI əsr.Yeni mədəniyyət məkanına inteqrasiya". Bakı, Nurlan, 2007., 440 səh.
  • “İslam mənəvi irsi və müasirlik”
  • “İslam mədəniyyətinə baxış”
  • “Yeni zaman və humanitar düşüncə mədəniyyəti”
  • “Müasir dövlət və dövlətşünaslıq elmi". Bakı 2011., 439 səh.
  • “Müasir dövlət və dövlətşünaslıq elmi” Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20 illik ildönümü işığında. Bakı, Azərnəşr 2011.
  • "Əbədi müstəqillik,güclü dövlətçilik yolunda"(Polemik məqalələr,çıxışlar, müsahibələr) Cild 1. Bakı 2014. 636 səh
  • "Əbədi müstəqillik,güclü dövlətçilik yolunda"(Polemik məqalələr,çıxışlar, müsahibələr) Cild 2. Bakı,Avropa 2014., 472 səh

İslam və mədəniyyət

[redaktə]

Kitabda islam dininin yaranması ilə təşəkkül tapan, orta əsrlərdə bütün dünya tərəfindən öz “qızıl əsrini” yaşayan islam mədəniyyəti, onun olduqca zəngin və orjinal təzahürləri və xüsusiyyətlərindən bəhs edilir. Müəllif qeyd edir ki, islam mədəniyyəti islamı qəbul edən xalqların maddi və mənəvi yaradıcılığının ortaq məhsulu idi. Orta əsrlərdə islam mədəniyyəti və bu mədəniyyətə xidmət edən müsəlman alimləri dünya elminə olduqca böyük töhfələr vermişlər. İstər humanitar, istərsə də dəqiq elmlər sahəsində dünya elminə yeniliklər gətirən müsəlman alimlərinin yetişməsində şübhəsiz ki, ilahi elmin qaynağı olan Qurani-Kərimin xüsusi rolu olmuşdur. Müəllif hesab edir ki,bəzi tədqiqatçılar orta əsrlər şərq mədəniyyətinin təsirinə islamın rolunun olduğunu danır və bu mədəniyyətin təməl prinsiplərində daha çox digər xalqların əfsanələrində axtarırlar və bu fikirlər tamamilə elmdən uzaq və əsası olmayan fikirlərdir. Din və mədəniyyəti bir-birindən ayırmaq mənasız və qeyri-mümkün olduğundan, onların qarşılıqlı münasibətinin tədqiqi daha məqsədə uyğundur. VIII-XII əsrlər islam mədəniyyətinin çiçəklənmə dövrü hesab olunur. Afrika, Asiya və Avropa mədəniyyətinə güclü təsir göstərmiş islam mədəniyyətinin formalaşmasında güclü təsir göstərən xalqlar sonradan bu mədəniyyətdən elə bir səviyyədə yararlanmışlar ki, indi də bu xalqlar içərisində bu mədəniyyətin izləri görünməkdədir.

Qloballaşma və mədəni müxtəliflik

[redaktə]

Kitabda qloballaşma prosesinin mədəniyyət sahəsində təzahürlərinin təhlilinə diqqət ayrılmışdır. Prosesin vəhdətdə olan iki aspekti - qloballaşma və mədəni müxtəliflik məsələlərinə dair müəllifin fikirləri təqdim edilmişdir. Qloballaşmanın mənəvi-mədəni faktorları, mədəni müxtəliflik və identiklik anlayışlarının mahiyyəti və məzmunu, mədəniyyətlərin qarşılıqlı təsirinin forma, prinsip və meylləri nəzərdən keçirilmişdir. Qloballaşma və mədəniyyətlərarası, dinlərarası dialoq problemi təhlil edilmişdir. Qloballaşma və mədəni inteqrasiya prosesində islam dininin dialoji potensialı araşdırılmışdır. “Qlobal dünyanın gələcəyini onun müxtəlif, çoxçalarlı mədəniyyət çələngi təmin edə bilər”. Kitabda bu fikir əsas xətt kimi keçir.

XXI əsr: Yeni mədəniyyət məkanına inteqrasiya

[redaktə]

Müasir dövrdə hər bir dövlət özünün milli inkişafına, maraq və mənafeyinə uyğun siyasətini həyata keçirir. Eyni zamanda, dünya dövlətlərinin xarici siyasətində bir ümumi xətt - inteqrasiya istiqaməti də aydın sezilməkdədir. XXI əsrdə dövlətlərarası qarşılıqlı əməkdaşlıq münasibətləri, "qloballaşma" adlandırılan çoxşaxəli, ümumplanetar proseslərlə səciyyələnir. Qloballaşmanın yalnız inkişaf səviyyəsi baxımından deyil, ən başlıcası təkrarsız və özünəməxsus mədəniyyətlərin daşıyıcısı olan ən müxtəlif ölkələri də əhatə etməsini nəzərə alsaq, hesab etmək olar ki, mədəni inteqrasiyanın mükəmməl modelinin axtarışları müasir dünyada öz həllini tələb edən taleyüklü problemlərdən biridir. Mədəni inteqrasiya bəşəriyyətin mənəvi potensialının qorunması, inkişafı və sintezini təmin etınək baxımından dünya birliyi qarşısında duran humanitar və sosial problemi kimi çıxış edir. Fəlsəfə elmləri doktoru, professor Rəbiyyət Aslanovanın təqdim olunan kitabı yeni yüzillikdə lıansı mədəniyyət məkanında yaşadığımızı inteqrasiyanın nə kiıııi mədəni-mənəvi faktorlarla şərtləndiyini ətraflı təsəvvür etmək istəyən geniş oxucu auditoriyasına ünvanlanmışdır. Kitabda inteqrasiyanın baş verdiyi "böyük məkanlar" nəzəriyyəsi. həmçinin, onun praktiki konsepsiya kimi Avropada tətbiqi faktları ilk dəfə diqqətə çəkilir. Kitab məkanda yolgöstərən olmağa deyil, yol yoldaşı kimi məkanı birlikdə tanımaq arzusuna xidmət edir.

Müasir dövlət və dövlətşünaslıq elmi

[redaktə]

Rəbiyyət Aslanovanın müstəqilliyimizin bərpasının 20-ci ildönümünə həsr edilmiş “Müasir dövlət və dövlətşünaslıq elmi” kitabı hüquqi, demokratik dövlət quruculuğunda uğurlar qazanan Azərbaycanın keçdiyi çətin və şərəfli yolu, ulu öndər Heydər Əliyevin milli ideologiyasının, azərbaycançılıq fəlsəfəsinin təməl prinsiplərinə əsaslanaraq, inandırıcı formada yazıldığı üçün oxucularda böyük maraq oyadacaqdır. Təqdirəlayiq haldır ki, kitabda, həmçinin görkəmli tarixçilərin, filosofların dövlətçilik prinsiplərinə baxışları da yer almış, onların elmi əsərlərinə istinad edilmişdir. Kitabda xalqımızın siyasi, maddi-mənəvi, ideoloji təşkilatlanmasının zirvəsi olan müstəqil dövlətçiliyimizin keçdiyi şərəfli yolun tarixi əhəmiyyəti, mahiyyəti və mənası ilə bağlı düşüncələrə yer verilmişdir.