Rəbiyyət Aslanova/Biblioqrafiya/Millət vəkili kimi fəaliyyət təqvimindən

Vikikitab, açıq dünya üçün açıq kitablar
../ Rəbiyyət Aslanova/Biblioqrafiya

../
Sister Projects. Həmçinin baxın: Haqqında • Şəkilləri •

2006[redaktə]

  • 22-26 fevral 2006-cı il – AvropadaTəhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Avstriyanın Vyana şəhərində keçirilən beşinci qış sessiyasında iştirak etmişdir;
  • 1-9 iyul 2006-cı il – Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının illik sessiyasında iştirak etmişdir;
  • 18-26 noyabr 2006-cı il – Tailandın Bankqok şəhərində BMT-nin Konfrans Mərkəzində İCPD Hərəkat Proqramının İmplementasiyası üzrə Parlamentarilərin Üçüncü Beynəlxalq Konfransında iştirak etmişdir;
  • 28 noyabr – 3 dekabr 2006-cı il – Pakistan müsəlman Liqasının baş katibi, Senatın Xarici Əlaqələr Komitəsinin sədri, senator Müşahid Hüseynin dəvəti ilə Pakistanın İslamabad şəhərində səfərdə olmuşdur;

2007[redaktə]

  • 20-25 fevral 2007-ci il - Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Parlament Assambleyasınınhər il Avstriyanın Vyana şəhərində keçirilən növbəti qış sessiyasında iştirak etmişdir;
  • 4-11 iyul 2007-ci il - Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Parlament AssambleyasınınUkraynanın Kiyev şəhərində keçirilən illik sessiyasının işində iştirak etmişdir;
  • 18-26 avqust 2007-ci il –Şri-Lankanın Kolombo şəhərində keçirilən Asiya və Sakit okean hövzəsində immun çatışmazlığına dair VIII Beynəlxalq Konqresdə iştirak etmişdir;
  • 23-30 sentyabr 2007-ci il –ABŞ Beynəlxalq Agentliyinin Vətəndaş Cəmiyyəti Layihəsinin Macarıstanın Budapeşt şəhərində keçirilən işgüzar səfərində iştirak etmişdir;

2008[redaktə]

  • 13-19 yanvar 2008-ci il – Malayziyada “Qloballaşma, gender, transmilli feminist çağırışlar və yeni qanunvericilik” mövzusunda keçirilən beynəlxalq konfransın işində iştirak etmişdir;
  • 19-24 fevral 2008-ci il - Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Parlament AssambleyasınınAvstriyanın Vyana şəhərində keçirilən növbəti qış sessiyasında iştirak etmişdir;
  • 07-13 iyul 2008-ci il – Mərakeşdə Qadın parlamentarilərin ümumdünya konfransında iştirak etmişdir;
  • 16-23 sentyabr 2008-ci il - Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Kanadada payız sessiyasında iştirak etmişdir;
  • 13-22 noyabr 2008-ci il – Avrasiyada Dialoq Platformasının Baş Şurasının səkkizinci iclasında iştirak etmişdir;

2009[redaktə]

  • 14-22 fevral 2009-cu il - Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Parlament Assambleyasının hər il Avstriyanın Vyana şəhərində keçirilən növbəti qış sessiyasında iştirak etmiş, Sloveniya və Avstriya parlament nümayəndələri ilə görüşlər keçirmişdir;
  • 1-5 aprel 2009-cu il – Türkiyənin Ailə və Qadın məsələləri üzrə Dövlət nazirinin dəvəti ilə bu ölkədə səfərdə olmuşdur;
  • 29 iyun-5 iyul 2009-cu il – Litvada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Parlament Assambleyasınınillik sessiyasında iştirak etmişdir;
  • 08-14 oktyabr 2009-cu il – Yunanıstanda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Parlament Assambleyasınınpayız sessiyasında iştirak etmişdir;
  • 21-23 oktyabr 2009-cu il – Rusiyada, Rusiya Dövlət Dumasının və Ermənistan Milli Məclisi deputatlarının iştirakı ilə keçirilən “dəyirmi masa”da iştirak etmişdir;
  • 12-15 noyabr 2009-cu il –Türkiyədə “Türkiyə-Azərbaycan münasibətlərində son hadisələr” mövzusunda keçirilən konfransda iştirak etmişdir;

2010[redaktə]

  • 15-17 fevral 2010-cu il – Çexiyada bu ölkənin parlamentində keçirilən görüşlərdə iştirak etmişdir;
  • 17-20 fevral 2010-cu il - Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Parlament Assambleyasının hər il Avstriyanın Vyana şəhərində keçirilən növbəti qış sessiyasında iştirak etmişdir;
  • 20-23 fevral 2010-cu il – Türkiyənin İstanbul şəhərində işgüzar səfərdə olmuşdur;
  • 5-9 aprel 2010-cu il – Rusiyada MDB Parlament Assambleyasının 34-cü plenar iclasında, PA-nın daimi komitələrinin iclaslarında və beynəlxalq konfransda iştirak etmişdir;
  • 3-7 may 2010-cu il – Türkiyənin İstanbul şəhərində Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Mərkəzinin üzvü kimi “Avrasiya İqtisadi Zirvəsi-2010” XIII zirvə toplantısında iştirak etmişdir;
  • 12-16 may 2010-cu il – Qazaxıstanda Transasiya Parlament Forumunun işində iştirak etmişdir;
  • 5-11 iyul 2010-cu il – Norveçdə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Parlament Assambleyasının19-cu illik sessiyasında iştirak etmişdir;
  • 07-12 oktyabr 2010-cu il – İtaliyanın Palermo şəhərində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Parlament Assambleyasınınpayız sessiyasında iştirak etmişdir;