Məzmuna keç

Resept:Çığırtma plov

Vikikitab, açıq dünya üçün açıq kitablar

Çığırtma plov — Azərbaycanda geniş yayılmış plov növlərindən biri.

Tərkibi

[redaktə]

Toyuq əti – 800 qram, düyü 600 qram, kərə yağı -160 qram, baş soğan 160 qram, yumurta 8 ədəd, limon -60 qram və ya 0.2 qram limon turşusu, yaxud abqora – 80 qram, sarıkök və ya zəfəran – 0.4 qram, duz, istiot,

Hazırlanması qaydası

[redaktə]

Plov bişirmək üçün düyü təmizlənir, 2-3 saat islağa qoyulur. Böyük qazanda su qaynadılır və duz vurulur. Su qaynadıqda düyü suya əlavə olunur. Düyü 5 dəqiqə qaynadıqdan sonra süzgəcdən süzülür. Üzərinə soyuq su gəzdirilir. Düyünun üzərinə əridilmiş kərə yağı gəzdirilir.

Başqa qazan götürülür, dibinə yuxa və ya qazmaq üçün hazırlanmış xəmir düzülür, üzərinə düyü tökülüb əridilimiş sarıkök və ya zəfəran vurulur. Plovu dəmə qoyduqda mütləq qazanın altında dəmir tava və ya dəmir altlıq olmalıdır. Dəmə qoyduqda qazanın qapağına dəsmal qoyulur, qazanın ağzı bərk bağlanılır. Plov aşağı istilikdə 1 saat dəmə qoyulur.

Çığırtma hazırlamaq üçün toyuq tikələrə bölünür və yuyulur, bişənə kimi qaynadılır. Çığırtma plov üçün toyuq çığırtması iki üsulla hazırlanır;

  • 1. Təmizlənmiş toyuq az miqdar suda yarımhazır olanadək bişirilir. Toyuq bişirilərkən bulyona duz və iri doğranmış soğan qatılır. Toyuq bulyondan çıxarılır, səthinə zəfəran şirəsi sürtülür, 40-50 qramlıq tikələrə doğranır. Toyuq bulyonunun yağlı yerindən bir qədər götürülüb üzərinə abqora və ya limon şirəsi tökülür. Yumurtadan ayrıca tavada qalın qayğanaq bişirilir və turşulu bulyonun içinə salınır. Tavaya əvvəlcə bişirilmiş toyuq tikələri, üstünə qayğanaq düzülür, turşulu bulyon əlavə edilib, öz buğunda zəif alovda hazır vəziyyətə gətirilir.
  • 2. Toyuq təmizlənir, yuyulur və 40-50 qramlıq tikələrə doğranır. Tikələrə duz və istiot vurulub tavada azacıq su əlavə edilməklə yarımhazır olanadək bişirilir. Tikələri paket yağı yağında qızaıtmaq da olar. Soğan yağında qızardılır və soyudulur, yumurta, zəfəran şirəsi, duz və istiot vurulub yaxşı qarışdırılır və tavadakı toyuğun üstünə tökülür, abqora və ya limon şirəsi əlavə edilir. Tava qızdırıcı şkafa (duxovkaya) qoyulub hazır vəziyyətə gətirilir.

Plov süfrəyə verildikdə üstünə çığırtma qoyulur. Süfrəyə verilərkən iri dövrəyə çəkilir, üstünə dairəvi qayğanaq qoyulur, kənarlarına qazmaq düzülür. Çığırtma ayrıca boşqabda da süfrəyə verilə bilər. Süfrəyə pay şəklində verdikdə boşqaba plov çəkilir. Yanına çığırtma və bir dilim limon qoyulur, üzərinə Əridilmiş kərə yağı və çığırtma suyu tökülür. Çığırtma suyu ayrıca piyalədə də qoyula bilər.[1]

İstinadlar

[redaktə]
  1. [1]Çığırtmalı plovun hazırlanması

Xarici keçid

[redaktə]
  • [2] Çığırtma plov
  • [3] Chighirtma plov - Chicken and egg pilaf