Məzmuna keç

Resept:Çin fətiri

Vikikitab, açıq dünya üçün açıq kitablar

Tərkibi

[redaktə]

4 pay üçün:

  • 225 q un
  • 150 ml qaynar su
  • 1 ç.q. küncüt yağı
  • 4 göy soğan
  • bitki yağı (zövqə görə)

Hazırlanma qaydası

[redaktə]

Un ləyəndə ələnir, duz, küncüt yağı və qaynar su qatıb taxta qaşıqla sürətlə qarışdırılır. Nəticədə un tam islanıb ovuntuq kimi xəmir alınacaq. Bir qədər soyudub əl ilə yoğrulur.

Kündələyib üzərinə dəsmal çəkilir, 20-30 dəqiqə saxlanır.

Göy soğan yuyulub xırda doğranılır.

Masaya un səpib xəmirdən 2-3 mm qalınlıqda düzbucaqlı yayılır. Üzərinə bitki yağı çəkilir (zövqə görə - günəbaxan, qarğıdalı, küncüt, acı sevənlər üçün, çili yağı və s.). Üzərinə doğranmış soğanı səpilir.

Sıx rulet kimi bükülür, 12 dilimə doğranılır.

Hər dilimin ucu bərkidilir, sonra əl ilə yastılanıb, 10 sm diametrində yayılır. Yaxşı olar ki, bu zaman çox un səpilməsin, çünki qızardanda həmin un yanacaq.

Bitki yağı tavada orta istilikli odda qızdırılır, fətirləri düzüb qızılı rəng alanadək hər iki üzü qızardılır.

Mənbə

[redaktə]