Resept:Çiyələk piroqu
Çiyələk piroqu | |||
---|---|---|---|
Kateqoriya: | Piroqlar | ||
Porsiya: | 4 | ||
Enerji qiyməti: | 800 kkal. | ||
vaxt: | 40 dəq. | ||
Hazırlanma mürəkkəbliyi: | |||
Tərkibi
[redaktə]- 200 qram xırda çiyələk,
- 3 ədəd yumurta,
- 2 stəkan şəkər tozu
- 2 stəkan un
- 50 q. kərə yağı,
- xama 100 q
- vanil və ya bir neçə damcı vanil ekstraktı
- şəkər kirşanı (pudrası), üstü üçün
Hazırlanma qaydası
[redaktə]İri qabda yumurta sarısı və 1 st şəkəri kütlənin rəngi açıq sarı olana qədər mikserlə çalınır. Kərə yağı, xama, qabartma tozu, un əlavə edilərək xəmir hazırlanır.
Bize üçün: 3 ədəd yumurtanın ağı, şəkər tozu 1 st şəkər tozu ilə qarışdırılır.
Xəmiri hazirladıqdan sonra 1/4 hissəsini dondurucuya qoyun bərkiyənə kimi.Qalan xəmiri diametri 24-26 sm-lik bir qaba yerləşdirin.Xəmiri qabın bir az kənarlarına qədər qaldırın. Soyuducuya təxminən 30 deq qoyun.
Bu arada çiyələkləri yuyun. Yumurtanın ağını bərkiyənə qədər çalın, sonra şəkər tozunu yavaş-yavaş əlavə edərək çalmağa davam edin. Xəmiri soyuducudan çıxarın, üzərinə çiyələk və sonra yumurta ağını əlavə edin. Sonda buzxanada olan xəmiri sürtgəcdən yumurta ağının üzərinə keçirin.
Öncədən isidilmiş sobada 30-40 dəq. ərzində 180 dərəcədə bişirin.