Məzmuna keç

Resept:Çiyələkli merenqa

Vikikitab, açıq dünya üçün açıq kitablar

"Merenqa" "çalınmış yumurta ağı və şəkərdən hazırlanan pirojna" deməkdir.

Tərkibi

[redaktə]

Peçenyesi üçün

[redaktə]

(10 porsiya)

  • Un - 200 qr
  • Şəkər - 60 qr
  • Kərə yağı - 60 qr
  • Xəmir qabardıcı(soda) - 5 qr
  • Yumurta - 1 ədəd
  • Qoz - 50 qr
  • Çiyələk - 150 qr

Merenqa üçün

[redaktə]
  • Yumurta ağı - 2 ədəd
  • Şəkər - 150 qr

Hazırlanması

[redaktə]

Yumurta, şəkər çırpılaraq, yağ, xəmir qabardıcı və un əlavə edilir. Xəmir yoğrulur. Zövqə görə xəmirə bir xörək qaşığı xama və bir çimdik duz qoyub, xırdalanmış qoz da əlavə edilir. Xəmir qozla yaxşıca qarışdırılır. Kündə 1 sm qalınlığında yayılır. Ağzı yuvarlaq bir stəkanla dairələr kəsilir. Duxovka listinə düzülüb 170 dərəcədə 10 dəqiqə bişirilir. Merenqa üçün şəkərə 50 ml su əlavə edib sirop düzəldilir, sonra yumurta ağları tədricən əlavə edilərək köpüklənənə qədər çırpılır. Əgər mikseriniz daha yaxşıdırsa, yumurta ağı ilə şəkəri sirop düzəltmədən çırpmaq olar. Peçenyelərin üzərinə çiyələk düzülür. Sonra onların da üzərinə mətbəx şprisi ilə merenqa qoyulur. Meranqalar yanmasın deyə üzərinə şəkildə göstərildiyi kimi dəmir tel qoyulur. Çiyələkli merenqanız hazırdır.

Mənbə

[redaktə]