Resept:Çiyələkli və badamlı mini tortlar
Çiyələkli və badamlı mini tortlar | |||
---|---|---|---|
Kateqoriya: | Tortlar | ||
Porsiya: | 6 | ||
Enerji qiyməti: | 1000-800 kkal. | ||
vaxt: | 2-3 saat | ||
Hazırlanma mürəkkəbliyi: | |||
Tərkibi
[redaktə]- 250 qr un
- 100 qr pudra şəkəri
- 125 qr kərə və ya marqarin
- duz
- 1 yumurta sarısı
- 3 x.q. süd
- 400 qr çiyələk
- 100 qr çiyələk mürəbbəsi
- 80 qr badam
- 2-3 x.q. şaftalı mürəbbəsi
Hazırlanması
[redaktə]Un pudra şəkəri və duzla qarışdırılır.Una yumşalmış kərə yağı və ya marqarin qatılaraq yoğrulur. Yumurta sarısı və soyuq süd əlavə edilib xəmir yenidən yoğrulur. Hazır olan xəmir 30 dəqiqəliyə soyuducuya qoyulur. Soyuducudan çıxarılan xəmir kiçik halqalar şəklində yayılaraq yağlanmış kek formalrına qoyulur və kənarları düzəldilir.
Xəmirin ortasına çəngəllə bir neçə yerdən batırılır.200 dərəcədə 15 dəqiqə bişirilir.
Hazır olan "səbətlər"formadan çıxarılır,soyudulur və tərs çevrilərək üzərinə çiyələk mürəbbəsi sürtülür. Çiyələklər 2 yerə bölünərək mürəbbə sürülmüş "səbət"in üzərinə qoyulur.Badamlar qızılı rəng alana qədər azca qovrulur. Mini tortun kənarlarına şaftalı mürəbbəsi yaxılır və badamlar onun üzərinə yapışdırılır. Mini tortun daha gözəl görünməsi üçün çiyələklərin üzərinə çox az çiyələk mürəbbəsi gəzdirilir.