Resept:Çuğundur şirəsi
Çuğundur şirəsi — Qida qəbulundan (əsasən nahar və şam yeməyindən) sonra, əsasən müalicə məqsədilə, eləcə də isti günlərdə susuzluğu yatırmaq üçün içilir.
Hazırlanma qaydası
[redaktə]Bu şirəni hazırlamaq üçün çuğunduru suda yuyub, saf-çürük edir və 45 °C-də 30-35 dəqiqə ərzində buxara verirlər. Buxara verilmiş çuğunduru sürtkəcdən keçirib, preslə sıxırlar. Alınmış şirəni seyrək toxunmuş parçadan süzüb, 80 °C-yə qədər qızdırır və şüşə qablara doldurub konservləşdirirlər. Çuğundur şirəsini 4:1 nisbətində albalı şirəsi və ya alma şirəsi ilə qarışdırmaq yaxşı olur.
Çuğundur şirəsinin rəngi termik emaldan sonra bir qədər bozumtul tutqun çəhrayı rəngə çevrilir. Bunun qarşısını almaq və şirəyə xoş turşaşirin dad vermək məqsədilə 1 l şirəyə 2 q limon turşusu əlavə etmək məsləhət görülür.