Resept:Çuğundur fisincanı
Görünüş
Lazım olan ərzaqlar
[redaktə]- Çuğundur – 200 q
- kərə yağı – 20 q
- nar şirəsi və ya dənələri – 30 q
- qoz ləpəsi – 40 q
- baş soğan – 25 q
- keşniş göyərtisi – 15 q
- duz
Hazırlanma qaydası
[redaktə]Çuğundur təmizlənir, dilimlərə doğranır, qazana tökülüb öz buğunda bişirilir. Bişmiş çuğundur qoz ləpəsi ilə ətçəkən maşından keçirilir, yağ, nar şirəsi və duz vurulur. Fisincan boşqaba qoyulur, üzəri halqavarı doğranmış baş soğan, keşniş göyərtisi və qoz ləpəsi ilə bəzənir.