Resept:Çuğundur salatı
Görünüş
| Çuğundur salatı | |||
|---|---|---|---|
| Kateqoriya: | Salatlar | ||
| Porsiya: | 6 | ||
| Enerji qiyməti: | 200 kkal. | ||
| vaxt: | 50 dəq. | ||
| Hazırlanma mürəkkəbliyi: | |||
Lazım olan ərzaqlar
[redaktə]- 300 qram çuğundur
- 300 qram yerkökü
- 150 qram qoz
- 150 qram nar
- 1 diş sarımsaq
- zövqə görə duz
- klassik mayonez və ya da xama
Hazırlanması
[redaktə]Çuğundur və kökü qaynadıb soyuduruq (çox qaynayıb əzilməsin). Soyuduqdan sonra qozu, kökü, çuğunduru və sarımsağı sürtkəcdən keçiririk. Narı da təmizləyib gilələyirik.