Resept:Üzüm salatı
Görünüş
Ərzaqlar
[redaktə]- 300 qram toyuğun əti (file);
- 3 ədəd yumurta;
- 2 ədəd yaşıl alma;
- 150 qram pendir;
- 350-400 qram tumsuz üzüm;
- 1 x.q. limon şirəsi;
- Mayonez;
- Salat üçün kahı yarpaqları.
Hazırlanma qaydası
[redaktə]Toyuğun ətini (file) suda bişirildikdən sonra xırda-xırda doğrayırsız. Bişmiş yumurtaları, pendiri və yaşıl almaları sürtkəcin iri gözündən keçirib ayrı-ayrı qablara qoyursuz.
Boşqaba kahı yarpaqlarını elə yerləşdirirsiz ki, yarpaqların kənarları boşqabdan qırağa çıxsın və salatı laylarla aşağıdakı kimi düzməyə başlayırsız:
- 1-ci lay: xırda doğranılmış toyuğun əti
- 2-ci lay: sürtkəcin iri gözündən keçirilmiş yumurta
- 3-cü lay: sürtkəcin iri gözündən keçirilmiş almalar. Bu layın üzərinə limon şirəsi sıxırsınız.
- 4-cü lay: sürtkəcin iri gözündən keçirilmiş pendir. Bu layın üzərinə mayonez çəkib, iki hissəyə bölünmüş üzümləri düzün. Sonra hazırlanmış salatı 2 saat ərzində soyuducuya yerləşdirirsiz ki, canına çəksin.