Resept:İçi doldurulmuş kartoflar
Görünüş
Ərzaqlar
[redaktə]- 3 ədəd kartof
- 250 qram toyuq əti
- 1 ədəd yumurta
- 100 qram pendir
- 50 qram mayonez
- 10 qram kərə yağı
- 1 ədəd pomidor
- 2 diş sarımsaq
- Bibər, şüyüd, duz, istiot
Hazırlanma qaydası
[redaktə]Əvvəl kartofları suda bişirib, qabıqlarını təmizləyib yarıya bölün. İçərisini ovub qaşıqla çıxarın. Sonra toyuq, yumurtanı bişirib xırda-xırda doğrayın. Bibəri, soğanı, sarımsaqı doğrayın. Pendiri sürtgəcdən keçirin, üzərinə duz, istiot, mayonez əlavə edib qarışdırın. Sonda kartofların içərisinə bu hazıladığımız qarışığı doldurun. 180 dərəcədə qızdırılmış sobada 3-5 dəqiqə saxlayın. Hazır olduqdan sonra boşqaba qoyub, şüyüd, bibər və pomidor dilimləri ilə bəzəyib süfrəyə verə bilərsiz.