Resept:Şəkərbura
Tərkibi
[redaktə]- 2 kq un
- 1 yumurta sarısı
- 600 qr yağ
- 1 ç.q. maya (əvvəlcədən ilıq suda isladılmış)
- 1 stəkan süd və ya artıq (xəmir apardığı qədər)
Hazırlanma qaydası
[redaktə]Un və yağ əllə qarışdırılır. Umac halına gəlmiş xəmirin üzərinə maya*, duz*, vanil tozu və süd əlavə edilir. Südü xəmir əmələ gələnə qədər hissə-hissə əlavə etmək lazımdır. Yumuşaq xəmir 4 hissəyə bölünür və soyuducuda soyumaq üçün saxlanılır. Xəmir soyuq olarsa irəlidə şəkərburanın bəzəyi üstündə qalar.
Xəmir 50 qram olan kündələrə ayrılır və 15 sm diametrində yayılır. Üzərinə qurumaması üçün selofan çəkilir. Xəmirin yayılmasında un və yağ istifadə olunmayacaq beləki, yağlı xəmir olduğu üçün açmaq çox rahat olacaq. 1 desert qaşığı iç doldurulur və aşağıdan yuxarıya doğru kənarları sıxılır. Kənarlarını sıxdıqda ehtiyyatlı olub içliyi xəmirin kənarına vurmaq olmaz. Beləki, bu xəmir açılacaq. Sonradan yaxşı sıxılmış kənarlar bükmə qaydasına uyğun bükülür.
Üstü bəzədilir və listlərə yığılır. 180 C dərəcədə 15 dəqiqə bişirilir. Üstünün qızarmaması üçün sobaya tez-tez nəzarət etmək lazımdır. Altı çəhrayı rəng aldıqda götürmək olar. Şəkərburaları üstünə kalka kağızı sərilmiş listədə bişirmək olar.
Qeyd 1. Maya əvvəlcədən ilıq suda açılır üzərinə 1ç.q şəkər tozu, 1 ç.q. un qatılır. Horla halına gəlmiş maya 10 dəqiqə kənarda köpmək üçün qoyulur.
2. Duz dada görə südə qatılır.
Qeyd 2. İçi hazırlayın. Bunun üçün qovrulmuş və qabığı soyulmuş fındığı və ya qozu və yaxud qabığı soyulmuş badamı sürtkəcli maşından keçirin və narın üyüdün. Üstünə toz şəkəri və ətirli olması üçün hil əlavə edib qarışdırın. Fındıq və ya qoz ləpəsini qovurub qabığını soymaq üçün: Fındığı və ya qozu tavaya qoyun və orta odda tez-tez qarışdıra-qarışdıra, qabığı soyulmağa başlayanadək qovurun (diqqətli olun, yandırmayın). Qovurulan fındığı və ya qozu çay dəsmalının bir tərəfinə qoyub, dəsmalın o biri tətəfiylə fındığın üstünə basaraq ovun. Qabıqlar ayrılacaq. Bəzilərinin qabıqları tamamilə soyulmayacaq, bu da normaldır. Badamların qabığını soymaq üçün: Badamı qazana qoyub üstünə qaynar su tökün. Qoyun suda təxminən 2 dəqiqə qalsın (suda çox tutmayın, yoxsa badam yumuşaq olar). Badamı süzün və qurulayın. Barmaqlarınızla qabığı çıxana kimi ovun.