Resept:Şaftalı kompotu
Şaftalı kompotu - Qida qəbulundan (əsasən nahar və şam yeməyindən) sonra, toy və ziyafət məclislərində, qonaq qəbul edildikdə, isti günlərdə susuzluğu yatırmaq üçün içilir.
Tərkibi
[redaktə]Bu içkidən 4 pay hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır:
Şaftalı – 250 q, şəkər – 120 q, şərab – 20 q, limon turşusu – 0,8 q, su - 4 stəkan.
Hazırlanma qaydası
[redaktə]Şaftalı meyvələri yuyulub, çəyirdəyi təmizlənir. Suda şəkər həll edilib meyvələr əlavə edilir. 6-8 dəqiqəyə qədər bişirilir.
Kompotu ətirləndirmək üçün ona limon və ya portağal qabığı, yaxud darçın əlavə etmək lazımdır. Soyuduqdan sonra üzüm şərabı qatıb, qablara tökür və soyuq yerdə saxlayırlar.
Zərif şaftalı sortlarından kompot hazırladıqda, meyvə qaynayan suya tökülüb, dərhal götürülür və soyuyana qədər qapağı örtük halda saxlanılır. Bu zaman kompotun suyu şəffaf, meyvələr isə bütöv olur.