Məzmuna keç

Resept:Şokoladlı bananlı keks

Vikikitab, açıq dünya üçün açıq kitablar

Ərzaqlar

[redaktə]
  • 245 q.un
  • 30 q. tünd kakao tozu
  • 1 stəkan şəkər tozu
  • 1/4 çay qaşığı soda, duz
  • bir çimdik vanil tozu
  • 3 əzilmiş banan
  • 2 çalınmış yumurta
  • 120 q.əridilmiş və soyudulmuş kərə yağı
  • 55 q. doğranmış qoz
  • 85 q. doğranmiş ağ (tünd) plitka şokolad

Hazırlanması

[redaktə]

Keks formasının dibini yağlayıb, sobanı 180 dərəcə qızdırın. Böyük bir qabda un, şəkər tozu, kakao tozu, soda, duz və vanil tozunu qaşıqla qarışdırın. Sonra başqa qabda əzilmiş banan, yumurta və yağı qaşıqla qarışdırın. Sonra isə bananlı qarışığı unlu qarışığa əlavə edib qarışdırın. Əldə etdiyiniz kütlə nə çox qatı, nə də ki çox duru olmalıdır, sonra üzərinə qoz və şokoladı əlavə edib qaşıqla qarışdırın.

Alınan kütləni yağlanmış keks formasına tökün. Sobada 55-60 dəqiqə ərzində bişirin. Soyuyan keksi formadan çıxardın. Zövgə görə keksin üzərinə şəkər tozu və yaxud da shokoladlı qlazur yaya bilərsiniz.

Mənbə

[redaktə]