Resept:Əncir mürəbbəsi
Görünüş
Əncir mürəbbəsi | |
---|---|
Kateqoriya: | Şərq şirniyyatı |
Porsiya: | 20 |
Enerji qiyməti: | 1000-2000 kkal. |
vaxt: | 2-3 saat |
Hazırlanma mürəkkəbliyi: |
Tərkibi
[redaktə]- Əncir – 1kq,
- Şəkər – 1kq,
- Limon turşusu – 1q,
- Vanil – 0,5q.
Hazırlanma qaydası
[redaktə]Əncirdən iki üsulla, qabıqlı və ya qabığı soyulmuş halda mürəbbə bişirilir:
Birinci üsul
[redaktə]Qabıqlı mürəbbə bişirdikdə əncirin saplağı kəsilir, 5 dəq istiliyi 80-85° С olan suda pörtülür. Əncirin üzərinə şərbət tökülür və 2 dəfəyə bişirilir.
İkinci üsul
[redaktə]Qabığı soyulmuş əncirin üzərinə şəkər tozu səpilir, 8-10 saat saxlanılıb zəif alov üzərində 50-60 dəqiqə bişirilir. Hazır olana yaxın limon turşusu və vanilin əlavə edilir